220) Qazçıxarıcı borunu nə üçün bağırsaqda çox saxlamaq olmaz?
A) Qeyri-iradi nəcis ifraz olunur
B) Xəstəni narahat edir
C) Sterilliyi pozulur
D) Müalicə effekti olmur
E) Bağırsaq divarında yara əmələ gələ bilər
Ədəbiyyat:: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 202. “ Təhsil” Bakı 1998.
221) Kateterizasiyadan əvvəl kateterə nə sürtülür?
A) Qliserin
B) Steril vazelin yağı
C) Antiseptik məhlul
D) Təmiz su
E) Bitki yağı
Ədəbiyyat:: C.N. hac.yev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 229.“ Təhsil” Bakı 1998.
222) İnhalyasion üsulla hansı dərman maddələri yeridilir?
A) Maye halda olan
B) Qaz halında olan
C) Suspenziyalar
D) Bərk halda olan
E) Məlhəmlər
Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 50 “Çıraq” 2008.
223) Kapsula daxilə necə qəbul olunmalıdır?
A) Xırda hissələrə bölərək
B) Dilin üzərinə səpilmiş
C) Dəyişilməmiş halda
D) Suda həll edərək içmək
E) Çeynənmiş halda
Ədəbiyyat:: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.135. “ Təhsil” Bakı 1998.
Dostları ilə paylaş: |