322) Öd sancısı tutması zamanı hansı preparatın istifadəsi əks- göstərişdir?
A) Omnopon
B) Yessentuki -17
C) No-şpa
D) Papaverin
E) Allaxol
Ədəbiyyat: : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.445. Bakı. “Təbib “1998
323) Xroniki pankreatit zamanı sadalanan dərmanlardan hansının işlədilməsi məqsədəuyğun deyil?
A) Digestal
B) Festal
C) Xolenzim
D) Pankreatin
E) Almagel
Ədəbiyyat: : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.392. Bakı. “Təbib “1998
324) Assit zamanı maye hara yığılır?
A) Perikard boşluğuna
B) Oynaq kisəsinə
C) Plevra səhifələri arasına
D) Qarın boşluğuna
E) Orta divararalığına
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 420.Bakı. “ Təbib“1998
325) Tübaj hansı xəstəlikdə tətbiq olunur?
A) Qara ciyər sirrozu
B) Duodenit
C) Qastrit
D) Xroniki xolesistit
E) Hepatit
Ədəbiyyat:: Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.444. Bakı.“ Təbib “ 1998
Dostları ilə paylaş: |