86) Anadangəlmə ürək qüsurunun əsas müalicəsi necə aparılır?
Anadangəlmə ürək qüsurunun əsas müalicəsi cərrahi yolladır.
Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 218
87) Revmatik endokarditdə ürəyin hansı qapaqları zədələnir?
Revmatizm ürəyin bütün qişalarını zədələyir - nəticədə endokardit, miokardit, perikardit əmələ gəlir. Endokardit daxili qişanın iltihabıdır. Endokardit nəticəsində ürəyin mitral qapaqları zədələnir.
Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 228
88) Uşaqda arterial təzyqin aşağı olması nə ilə əlaqədardır?
Uşaqlarda arterial təzyiqin aşağı olması , ürək - damar sisteminin anatomik - fizioloji xüsusiyyəti ilə əlaqədardır. Uşaqlarda arteriyaların geniş, sol mədəciyin həcminin kiçik olduğuna görə ürəyin qanvurma qabiliyyəti zəif olur. Bu səbəbdən də uşaqlarda arterial təzyiq aşağı olur.
Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 132
89) Uşaqlarda döş kifozu necə aylıqda əmələ gəlir?
Bir yaşa qədər uşaqlarda sümük toxuması su və üzvi maddalərlə zəngin, mineral maddalər isə az olur. Bu səbəbdən də uşaq oturmağa, yeriməyə, gəzməyə başlarkən onun onurga sütununda əyriliklər əmələ gəlir . Döş kifozu uşağın 6 - 7 aylığında baş verir.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр. 50
90) Südəmər uşaqlarda rinit zamanı tənəffüsün pozulması nə ilə müşahidə olunur?
Rinit burunun selikli qişasının iltihabı xəstəliyi olduğuna görə, bu zaman selikli qişa şişir. Uşağın burnu tutulduğundan, əmmə zamanı nəfəs alma çətinləşdiyi üçün döşü əmə bilmir.
Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 23
91) Larinqotraxeitin ağırlaşması nədir?
Larinqotraxeit - qırtlağın və nəfəs borusunun birgə iltihabıdır. Bu zaman qırtlağın selikli qişası və səs telləri şişir, qırtlaq daralır, tənəffüs çətinləşir - yalançı inaq əmələ gəlir.
Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 21
Dostları ilə paylaş: |