119) Hemostaz üçün az miqdarda qan nə məqsədlə köçürülür?
Hemostaz - qanaxmanı dayandırmaq məqsədilə 80 - 100 ml qan köçürülür.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 288)
120) Qanköçürməyə əks göstəriş hansıdır?
Qaraciyərin ağır funksional pozğunluğu zamanı qan köçürmə xəstədə həyatı təhlükə yaratdığına görə əks göstərişdir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 279)
121) Donor qanına laxtalanmaması məqsədi ilə nə əlavə olunur?
Natrium sitrat məhlulu laxtalanmanın qarşısını aldığına görə donor qanının konservləşdirilməsi zamanı laxtalanmaması məqsədilə qana 2, 6% - li Natrium - sitrat əlavə olunur.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 279)
122) Exinokokkoz zamanı müalicə məqsədi ilə aşağıda göstərilənlərin hansından istifadə olunmur?
Exinokokkoz zamanı dərman preparatlar ilə müalicə və operativ müdaxilə aparılır. Boşluqların açılması və drenajlanması zamanı parazitin yayılma təhlükəsi yaradığına görə aparıla bilməz.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 280)
123) Süd vəzisinin xərçənginə şübhə olduqda hansı müayinə aparılır?
Süd vəzinin xərçəngində şübhə olduqda xəstə biopsiya, mamoqrafiya, palpasiya, həmçinin ultra səs müayinəsi aparılmalıdır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 277)
124) “Qatranvari” nəcisi olan xəstəyə nə etmək lazımdır?
“Qətranvari” nəcis mədə qanaxmasının əlaməti olduğuna görə xəstə təcili hospitalizə olunmalıdır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 290)
125) Əzələdaxili inyeksiyaları harada vurmaq olar?
Əzələ daxili inyeksiyalar aseptik qaydalar gözlənilməklə bütün sadalanan yerlərdə yerinə yetirilə bilər.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər (səh - 159)
Dostları ilə paylaş: |