Feldşer ixtisası üzrə yeni nümunəvi suallar


) Qırmızı yastı dəmrova aşağıdakılardan hansı aid deyil?



Yüklə 328 Kb.
səhifə37/39
tarix26.11.2023
ölçüsü328 Kb.
#135823
1   ...   31   32   33   34   35   36   37   38   39
Feld er ixtisas zr yeni n mun vi suallar

193) Qırmızı yastı dəmrova aşağıdakılardan hansı aid deyil?


Qırmızı yastı dəmrov mum kimi parlaq, yastı papullardan ibarət papullarla özünü göstərir. Papulların ortasında çökəklik olması bu xəstəliyə xarakterikdir. Bu və ya digər dərəcəli qaşınma həmişə mövcud olduğu üçün çox zaman nevrotik vəziyyətə səbəb olur. Tipik lokalizasiyası – mil - bilək nahiyəsi, saidin, baldırın bükücü səthi, xarici cinsiyyət üzvləri və ağız boşluğudur. Uikxem toru – papul üzərində tor şəkli xarakterikdir. Etiologiyası az öyrənilib - bir sıra dərmanların qəbulundan əmələ gələ bilər.

Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 64)


194) Dəri vərəminin mütləq diaqnostik əlamətlərinə aiddir:


Dəri vərəmi Mycobacterim tuberculosis( və ya Kox çöpləri) tərəfindən törədilən xro­nik infeksion xəstəlikdir. Xəstəlik çoxşəkilli klinikaya malikdir və dəriyə limfohe­motogen yolla və ya per contituitatem (məsələn, düz bağırsaqdan) , nadir hallarda ek­zo­gen yolla dəriyə düşür. Yalnız vərəm mikobakteriyalarının aşkar olunması mütləq diaqnostik əhəmiyyətə malikdir, digət metodlar və simptomlar yalnız kompleks şəklində əhəmiyyətlidir.

Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 355)




195) Sifilis xəstəliynin törədicisi hansıdır?


Sifilis xəstəliyi yoluxucu zöhrəvi xəstəlik olub torədicisi spiroxetlər qrupundan Treponema pallidum - Solğun treponemadır.


Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 159)


196) Sifilis xəstəliyinin mütləq diaqnostikasına aiddir?


Sifilisin diaqnostikasında anamnez məlumatları, klinik əlamətlər, seroloji reaksiyalar da mühüm əhəmiyyət kəsb edir. Diaqnostik məqsədlə daha çox kompleks seroloji reaksiyalar istifadə olunur.


Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 197)



Yüklə 328 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin