158) Ağciyərin zədələnmələrində bu simptoma rast gəlinmir?
Ağciyərin zədələnməsi üçün (onu əmələ gətirən səbənlərdən asılı olmayaraq) 4 simptom xarakterikdir.
1. Qanhayxırma
2. Dərialtı emfizema
3. Hematoraks
4. Pnevmotoraks
Disfagiya bu simptomlar kompleksinə aid deyil.
Ədəbiyyat: B. Ağayev. (səh - 81)
159) Ağciyər exinokokkozu üçün xarakterik deyil?
Qanhayxırma, ağrı və öskürək ağciyər exinokokkunun triada əlamətlərini təşkil edir ki, sonradan təngnəfəslik bura əlavə olunur. Pnevmotoraks bu xəstəlik üçün xarakterik deyil.
Ədəbiyyat: B. Ağayev. (səh - 110)
160) Sınıqların ümumi klinik əlamətlərinə aid deyil?
Sınıqların əsas simptomları ağrı funksiyanın pozulması deformasiya travmatik ödem və krepitasiyadır. Şiddətli ağrı nəticəsində baş verən travmatik şok, kollaps ümumi simptomlardır. Asfiksiya bu simptomlar kompleksinə aid deyil.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 107)
161) Xəstənin həkimin iştirakı ilə daşınması zamanı feldşerin yeri harada olmalıdır?
Çağırış zamanı feldşerin maşındakı yerini həkim müəyyənləşdirir. Xəstənin daşınmasında sürücünün yanında feldşer, xəstənin yanında isə həkim olur.
Ədəbiyyat: B. D. Komarov. (səh - 23)
162) Xəstə stasionara çatdırıldıqdan ən gec neçə dəqiqə sonra feldşer xəstə haqqında məlumatı təcili yardımın baş dispetçerinə çatdırmalıdır?
Feldşer xəstəni stasionara çatdırdıqda, 15 dəqiqədən gec olmayaraq hospitalizasiyanın nəticəsi haqqında baş dispetçerə məlumat verməlidir.
Ədəbiyyat: B. D. Komarov. (səh - 23)
163) Müəyyən səbəblərdən huşu özündə olmayan xəstələr xəstəxanaya çatdırıldıqdan sonra onların qiymətli əşyalarını feldşer kimə təhvil verir?
Huşsuz vəziyyətdə olan xəstələr feldşer tərəfindən stasionara çatdırıldıqda sənədləri, qiymətli əşyaları, silahı və digər əşyaları qəbul şöbəsinin növbətçisinə (yazılı qeydiyyatla iki nüsxədən ibarət) təhvil verir.
Ədəbiyyat: B. D. Komarov. (səh - 24)
Dostları ilə paylaş: |