201) Aşağıdakılardan hansının səpki elementi qovuq və ya qovuqcuq deyil?
Sifilitik pemfiqusun xarakterik olduğu erkən anadangəlmə sifilisdən fərqli olaraq, gec anadangəlmə sifilisdə qovuq və ya qovuqcuq qeyd olunmur. Gec anadangəlmə sifilisdə dəri dəyişiklikləri adətən qummalar və ya qabarcıqlar şəklində rast gəlinir. Diaqnozunda isə klinik əlamətlərdən Hetçinson sindromu daha əhəmiyyətlidir.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 194)
202) Qonoreyanın spesifik müalicəsində hansı preparatlar tətbiq olunur?
Qonoreyanın törədiсiləri olan qonokokklar yalnız antibiotiklərə qarşı yüksək həssaslıq göstərir. Penisillin preparatlarına həssaslıq azalsa da, seftriakson kimi antibiotiklərə həssaslıq yüksəkdir.
Ədəbiyyat: Рациональная фармакотерапия, заболеваний кожи и инфекций, передаваемых половым путем. Руководство для практикующих врачей. Под редакцией А. А. Кубановой, В. И. Касиной, М. , Литтерра, 2005. (səh. 531)