Feldşer ixtisası üzrə yeni nümunəvi suallar


) Uşaqlarda anadangəlmə ürək qüsurunun yaranmasına səbəb nədir?



Yüklə 328 Kb.
səhifə4/39
tarix26.11.2023
ölçüsü328 Kb.
#135823
1   2   3   4   5   6   7   8   9   ...   39
Feld er ixtisas zr yeni n mun vi suallar

17) Uşaqlarda anadangəlmə ürək qüsurunun yaranmasına səbəb nədir?


Anadangəlmə ürək qüsurları yenidoğulmuşlar arasında təsadüf edilən inkişaf anomaliyaları arasında geniş yer tutur. Əsas səbəblərdən biri bətndaxili infeksiyadır.

Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 218


18) Uşaqlarda lyambliozun müalicəsində hansı preparat işlədilir?


Lyambiyalar 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissəsində yaşayır. Uşağın qarnında, əsasən göbək ətrafında tutma şəkilli ağrılar, ürəkbulanma, bəzən qusma olur. Xəstəliyin müalicəsində furazolidondan istifadə olunur.

Ədəbiyyat: Л. А. Исаева. Л. К. Важенова Детское болезни. Москва. 1986 стр416


19) Uşaqda təngnəfəslik zamanı hansı preparat istifadə edilə bilər?


Uşaqda təngnəfəslik olarsa ilk növbədə təmiz hava gəlməsini təmin etməli, oksigen verməli və tənəffüs mərkəzinə təsir etmək üçün Lobelin istifadə oluna bilər.

Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 148




20) Uşaqlarda larinqotraxeitin əlamətləri necə başlayır?


Larinqotraxeit qırtlaq və nəfəs borusunun selikli qişasının iltihabi prosesidir. İltihabi proses nəticəsində ödem baş verir, uşağın səsi xırıltılı olur, bəzən batır. Tədricən tənəffüs cətinləşir, boğulma da baş verə bilər.

Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 205




21) Uşaqlarda kəskin bronxitin müalicəsində hansı preparatlar işlədilir?


Uşaqlarda kəskin bronxit zamanı bronxların selikli qisası şişir, selik ifrazı artır. Belə xəstələrdə bəlğəmli öskürək olur, hərarəti yüksəlir və təngnəfəslik baş verir. Müalicə zamanı antibiotiklərdən, bəlğəmgətiricilərdən və hərarətsalıcılardan istifadə olunur.

Ədəbiyyat: A. A. Əyyubova Uşaq xəstəlikləri. Bakı 2008. səh. 148





Yüklə 328 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin