Mən bu gün siz Tehran əhalisinin və İran xalqının adından bu möhtəşəm milyonluq tribunadan, Qüds gününün bu böyük milyonluq toplantısından Qüds günündə bu cəmiyyətə qoşulmuş, bu ölkəyə və öz evlərinə - İslam evlərinə gəlmiş əziz qonaqlarımıza elan edirəm: Gedin İranın inqilabçı müsəlmanlarının salamını öz ölkənizin xalqına çatdırın, bizim təcrübəmizi və Allahın bizim barəmizdəki möcüzəsini onlara deyin, onları hərəkət etməyə vadar edin. Ümmət imamının buyurduğu kimi bir milyard müsəlman, bir milyard insan bugünkü dünya üçün əzəmətli və möhtəşəm bir qüvvədir. Əgər hər adam bir qum dənəsi, ümmət imamının buyurduğu kimi bir vedrə su və ötən il bu gündə mərhum Ayətullah Taliqaninin dediyi kimi bizim hər birimiz İsrail dövlətinə sarı bir qum dənəsi atsaq, şübhəsiz, bu şeytanı qum təpəsi altında dəfn edərik.
Ey müsəlman xalq! Ey İranın böyük və qəhrəman xalqı! Qüds günü bizim və sizin İslam inqilabımızın böyük şüar günüdür və biz özümüzü hazırlamalıyıq. Mən bu gün sizə elan edirəm ki, özünüzün hərbi hazırlığınızı, döyüş və silah-sursat hazırlığınızı hər gün artırın və keyfiyyətini yüksəldin. Bizim qarşımızda Fələstin məsələsi var, Amerika imperializmi məsələsi var, təcavüzlər və təxribatlar var.
Dostları ilə paylaş: |