Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Qüds günü - Fələstinin adının canlı qalmasının amili



Yüklə 2,59 Mb.
səhifə235/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   231   232   233   234   235   236   237   238   ...   376

Qüds günü - Fələstinin adının canlı qalmasının amili


Gələn cümə Qüds günüdür. Bu bizim əziz imamımızın ən dəyərli yadigarlarındandır. Bu, inqilabın və bizim xalqımızın şərafətli Qüds hadisəsinə və Fələstin məsələsinə sevgi əlamətidir. Qüds günü sayəsində biz bu adı hər il dünyada yaşada bildik. Hökumətlərin və siyasətlərin çoxu Fələstin məsələsinin unudulmasını istəyirdilər, buna çalışdılar, pul xərclədilər. Əgər İslam Respublikasının səyi olmasaydı, əgər İslam Respublikasının bütün qüvvəsi ilə bu xəbis siyasətin qarşısında müqaviməti olmasaydı, Fələstin məsələsini tədricən haşiyəyə çəkə bilmələri və ümumiyyətlə unutdurmaları mümkün idi. İndi də hegemonçuluğun və xəbis sionistlərin özləri etiraf edir, düşünür və narahatdırlar ki, İslam Respublikası Fələstin bayrağını ucaldıb və istədikləri sazişlərlə Fələstin məsələsini sıradan çıxarmağa qoymur. Qüds günü bu xatirənin və bu adın yaşadılması günüdür. Bu il də ilahi yardımla, ilahi hidayətlə bizim əzəmətli xalqımız Tehranda və digər rayonlarda Qüds gününü uca tutacaq, yürüş keçirəcək. Digər ölkələrdə də bir çox müsəlmanlar Qüds günündə İran xalqı kimi edirlər. Qüds günü Qüds məsələsinə aid bir gündür və eyni zamanda İran xalqının birlik əlamətidir. Ehtiyatlı olun ki, kimlərsə Qüds günündə bu toplantılardan təfriqə yaratmaq üçün istifadə etməsinlər. Təfriqədən qorxmaq lazımdır. Təfriqə ilə mübarizə aparmaq və vuruşmaq lazımdır. Təfriqə yaranmamalıdır. İran xalqı o zaman Qüds bayrağını fəxrlə ucalda bilər ki, bir olsun. Bütün bu illərdə bunu pozmağa çalışıblar, amma Allaha həmd olsun ki, bacarmayıblar. İnşallah bundan sonra da bacarmayacaqlar.

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin