Bu gün bu hərbi-mədəni ekskursiya elə bir halda təşkil olunmuşdur ki, İslam ümmətinin çoxlu gəncləri Fələstinin və şərafətli Qüdsün özündə cihad bayrağını ucaltmış, öz canları, bədənləri və həyat sərvətləri ilə öz izzətlərini, heysiyyətlərini və varlıqlarını müdafiə edirlər, cihad edirlər və əziz Fələstin ölkəsindən xaricdə - digər İslam ölkələrində onların adı və xatirəsi ilə və onlarla həmrəylik olaraq şüar verirlər, öz mövqelərini elan edirlər. Sizin böyük ekskursiyanız burada belə bir şəraitdə təşkil olunmuşdur.
Mənim əzizlərim! Fələstində də Bəsic var. Fələstin Bəsici bu gün dünyanın diqqətini özünə yönəltmişdir. Fələstin məsələsinin taleyi bir neçə siyasətçinin əlində olanda, onda xalqın rolu olmayanda, gənclərin sözü keçməyəndə tale gördüyünüz olur: rəzillik ardınca rəzillik, geri çəkilməyin ardınca geri çəkilmək, düşmənə meydan vermək, biri o birindən sonra səngərləri hegemonçu, təcavüzkar, üzlü və həyasız düşmənin xeyrinə boşaltmaq. Bu o zamandır ki, xalq səhnədə deyil; xalqı kənara qoydular, xalqı cəlb edən həqiqi maraqları - yəni iman maraqlarını unutdular və Fələstin məsələsini on illərlə geriyə saldılar.
Dostları ilə paylaş: |