Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İnqilabın fələstinlilərdə ümid yaratması



Yüklə 2,59 Mb.
səhifə33/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   29   30   31   32   33   34   35   36   ...   376

İnqilabın fələstinlilərdə ümid yaratması


Bu inqilab İslam və ərəb dünyasında ümid oyatdı. Bizim inqilabımız qələbə çalanda ərəb və İslam dünyası ümumi şəkildə bir durğunluq, sükut və ümidsizlik halında yaşayırdı. Sionistlər öz işlərini görmüş və hamını qorxutmuşdular. Heç bir xalq onun üçün ümid qapısının açılacağını güman etmirdi. Birdən əzəmətli qurtuluş darvazası açıldı və xalqlar ümid əldə etdilər. Sionistlər Fələstini yediklərini və işin bitdiyini güman edirdilər. Amma siz baxın, bu gün Fələstin xalqı bütün vücudu və bütün qüvvəsi ilə meydandadır. Ona çoxlu təzyiq göstərilməsinə rəğmən, yenə dayanmışdır. Bu yalnız İsrailin məğlubiyyəti deyil. Bu, Amerikanın məğlubiyyətidir, bu dünyaya hakim olan bütün sionist qüvvələrin məğlubiyyətidir. Fələstin ərazisində mühasirə olunmuş silahsız bir xalq bütün bunları aciz etmişdir. Livan xalqını oyadan bu ümidvarlıq ruhu idi. Bizim inqilabımızın baş verdiyi günlərdə Livanda qovğa idi, sionistlər istədikləri işi görürdülər: hücum edirdilər, öldürürdülər, təcavüz edirdilər, təyyarələri Livan səmasına gəlib-gedirdi, sanki öz ölkələrinin səmasıdır. Əvəzində Livanlı qruplar bir-birinin canına düşmüşdülər. İnqilabın qələbəsinə yaxın mərhum Doktor Çəmrandan iki saatlıq bir kaset gətirmişdilər. Mən Məşhəddə onu dinlədim. Özü Livanda idi və orada Livan xalqının faciələrinin təfərrüatını izah edirdi. İndi Livan xalqı elə bir həddə çatmışdır ki, sionistlərin bu regiona gəlmələrindən bu yana İsrailə heç bir ərəb dövlətinin vurmadığı zərbəni vurur. İki il öncə onları geri çəkilməyə məcbur etdilər. Bir neçə həftə öncə də sionistlərin qarşı çıxmasına rəğmən, özlərinin bir neçə yüz məhbusunu azad etdilər, iqtidarla bayram keçirdilər. Əgər bir xalqın qəlbində ümid olmasa, bu hallar qarşıya çıxmaz. Bu ümidi siz verdiniz. Bu gün bu ümidlər bütün İslam və ərəb dünyasında nəzərə çarpır.

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin