Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Sionizm və Amerika - İslam Respublikasının əsas düşmənləri



Yüklə 2,59 Mb.
səhifə44/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   40   41   42   43   44   45   46   47   ...   376

Sionizm və Amerika - İslam Respublikasının əsas düşmənləri


İslam Respublikasının əsas düşməni kimdir? Bu gün dünyada bizim əsas düşmənimiz sionizm və hegemonluqdur. İslamla, İslam Respublikası quruluşu və İran xalqı ilə düşmənlikdə əsas amil sionizm və Amerikadır.

Əgər hegemonluğu düzgün tərcümə etmək istəsək, bu gün təcavüzkar, hegemonçu, yağı və quldur Amerika dövləti ilə uyğun gəlir.

Əlbəttə, işğal olunmuş Fələstində Amerikadan da mənfur olan sionizm dövləti var. Nə üçün? Çünki hər halda Amerika dövləti bir dövlətdir və bir xalqa söykənir. Halbuki işğalçı sionizm dövləti ümumiyyətlə bir xalqa söykənmir. O regionun sakini olan xalq bu gün qaçqındır. İsrail əvvəldən zülmlə, qətllə, yalan və hiylə ilə vücuda gəlmişdir. O zaman bir qrup quldur və təcavüzkar insan İngiltərənin dəstəyi ilə Fələstin bölgəsinə gəldi. Oranın əhalisini qovdular, onların bir milyondan artıq olan övladları və yaxınları hələ də çadırlarda və düşərgə şəraitində yaşayırlar; çadırda, çadıra bənzər bir yerdə və daxmalarda yaşayırlar. Fələstin xalqı Fələstindən xaricdə daxmalarda və düşərgələrdə yaşayır. Onların evləri və vətənləri Avropadan, Avstraliyadan, Amerikadan, Asiyadan və Afrikadan oraya getmiş, qondarma və yalançı bir xalq vücuda gətirmiş, orada bir xalq adı ilə yaşayan və dövlət də quran şəxslərin əlindədir. Belə bir xalq isə əsla mövcud deyil və kimliyi yoxdur.

Deməli, bu gün bu xalqın xarici düşmənlərinin başında - bizim xarici siyasətimizin dünyada əsas mübarizəsi onunladır - işğal olunmuş Fələstinə hakim olan fəsadlı, işğalçı, xəbis sionizm rejimi və onun arxasında duran Amerika Birləşmiş Ştatları dayanır. Amerika Birləşmiş Ştatları bütün eninə-uzununa, elmi inkişaflarına, böyük bir ölkə və xalq olmasına rəğmən, sionistlərin əlində oyuncağa çevrilmişdir, sanki cilovu bir itin əlində olan bir div kimidir; it haraya istəyirsə, onu aparır. Bu Amerika dövləti dünyada siyasi, iqtisadi və hərbi baxımdan özü üçün tanıdığı sərvətinin, keçmişinin və əhəmiyyətinin böyüklüyünə rəğmən, sionistlərin və İsrail dövlətinin əlində oyuncaq olmuşdur. Amerika prezidenti İslam Respublikası əleyhinə bir qərar verəndə Amerika sionistlərinin mərkəzinə gedir, orada məruzə edir və bu, dünyada yayımlanır. Bu, Amerika xalqı üçün rüsvayçılıqdır.

Bunlar bizim əsas düşmənlərimizdirlər. Əlbəttə, dünyanın digər yerlərində də bizim əleyhimizə düşmənlik və xəbislik olur. Lakin bunların çox da əhəmiyyəti yoxdur və əsas məsələ deyillər.


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin