Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Amerikanın İranla əsas problemi - rüsvayçı saziş layihələrinə qarşı çıxmaq



Yüklə 2,59 Mb.
səhifə54/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   50   51   52   53   54   55   56   57   ...   376

Amerikanın İranla əsas problemi - rüsvayçı saziş layihələrinə qarşı çıxmaq


Qardaşlar və bacılar! Beynəlxalq hegemonluğun və onların başında Amerika rejiminin İrana göstərdiyi hərtərəfli təzyiqlərin əsas səbəbi bizim Fələstini müdafiə etməyimizdir. Onlar açıq şəkildə deyiblər ki, Amerikanın İranla əsas problemi İran İslam Respublikasının Fələstində rüsvayçı saziş layihələrinə qarşı çıxmasıdır. Digər işlər, məsələn insan hüquqlarının tapdanmasına və kütləvi qırğın silahlarının düzəldilməsinə dair gülünc iddialar bəhanədən başqa bir şey deyil. Əgər İran Livan və Fələstin mübarizlərini və xalqını müdafiə etməkdən əl çəksə, onlar da özlərinin İran əleyhinə düşmənçi üsullarından əl çəkərlər. Əlbəttə, biz yaxşı bilirik ki, onların əsas problemi İslam və İslam hakimiyyətidir. Bu onların bu böyük ölkəyə qarətçi və istismarçı qayıdışına maneədir. Onlar da həqiqətən İslam Respublikasının siyasətlərinin bu cəhətini yaxşı tanıyırlar. Biz onlara rədd cavabı vermişik. Biz Fələstin və Livan xalqını müdafiə etməyi özümüzün mühüm İslam vəzifələrimizdən bilirik. Odur ki, onlar hər tərəfdən öz təzyiqlərini göstərirlər.

Livan və Fələstin mübarizələrinin dairəsi genişləndikcə sionizmin və Amerikanın İslam Respublikası quruluşuna qarşı qəzəbi və şiddəti daha artır, təxribatları daha da genişlənir. Amma onlar bilsinlər ki, bütün təbliğatlarına rəğmən, böyük İran xalqı, ölkə məmurları və başçıları hamılıqla həmrəydirlər. İranın bütün müsəlman xalqı inqilab və İslam amallarını himayə edir. Fələstini və intifazəni müdafiə, sionizm və onun hamiləri ilə mübarizə İran İslam Respublikasının strateji siyasətlərinin əsas təməllərindəndir.

Qardaşlar və əziz xalq! Hegemonluğun İslam Respublikasının bəzi xüsusiyyətlərindən xoşu gəlmir. Üzə gətirmir və dillə də söyləmir, amma eyni zamanda bəhanə olan digər məsələləri söyləyir. Terrorizmə kömək, yaxud insan hüquqlarının tapdanması və yaxud bu qəbildən olan digər iddialar əbəs sözlər və puç bəhanələrdir. Bunu özləri də bilirlər. Əsas məsələ başqa bir şeydir. Əsas məsələ budur ki, İslam Respublikasının sadiq qaldığı bir neçə mühüm mövzü var. Amerika və dünyanın hegemonçular dəstəsi bunlara qarşıdırlar. Biz Fələstin hadisəsində sülhü qəbul etmirik. Biz demişik ki, Fələstin fələstinlilərindir, İsrail dövləti isə işğalçıdır, məhv olmalıdır və fələstinlilərin hökuməti iş başına gəlməlidir.

Bu əsaslı bir məsələdir. Bu məsələ əsasında bu məqsədə qarşı olan hər bir hərəkətlə qarşı çıxırıq. Biz dedik ki, dünyanın harasında müsəlmanlar yaşayırsa, hegemonluq qanlarını tökür və onları zəiflədir; bu, İslam əleyhinə təxribatdır. Biz bunu ifşa etdik. Siz baxın, bu gün dünyada müsəlmanları zəiflətməyin və onlara qarşı şiddətin müxtəlif qisimləri mövcuddur. Bir nümunəsi Bosniya və Herseqovinada elə faciəli və biabırçı formadadır, bir nümunəsi Hindistandadır. İslam yadigarlarından olan o tarixi və böyük məscidi müsəlmanların hisslərini məhv etmək və yaralamaq üçün və Hindistan müsəlmanlarının əhval-ruhiyyəsini korlamaqdan ötrü uçurdular. Xəbərlərdə deyildi ki, Hindistanda sionistlər o nadan təəssübkeşlərə kömək etdilər, onlar üçün plan hazırladılar. Bu da bir nümunədir.

İnsan hüquqları və bu kimi məsələlərə dair dedikləri, özləri də bilirlər ki, həqiqətin əksinədir. Bunları təzyiq üçün deyirlər. İllərdir Amerika hər hansı bir dövlətin əleyhinə düşmənçilik etmək istədikdə üsullarından biri budur. Yəni o dövlətin əleyhinə şüar ucaldır ki, bu, insan hüquqlarının və demokratiyanın düşmənidir. Onlar özləri də bilirlər ki, bu həqiqət deyil; dünya da bunu bilir. Bu mühüm bir şey deyil.

Onlar dəfələrlə təkrar ediblər ki, İslam Respublikasından həqiqi istəkləri budur ki, İslam Respublikası Fələstin məsələsində öz mövqeyindən geri çəkilsin; yəni Fələstin mübarizəsini unudan ölkələr kimi İsraili rəsmən tanısın. Deyirlər ki, siz bu məsələni buraxın, Amerikanın dünyanın müxtəlif bölgələrində faəliyyətini qəbul edin, Amerikanın Fars körfəzi regionunun hadisələrindəki iştirakını qəbul edin və hamısından mühüm budur ki, Amerikanın İran hadisələrindəki nüfuzunu qəbul edin. Bu, Amerika rejiminin həqiqi istəyidir. Həqiqi və ciddi şəkildə istədikləri budur. Bunu digər sözlərin, ittihamların, əks-təbliğatın və bu kimi məsələlərin arxasında deyirlər. Lakin məsələnin məğzi budur.



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin