Bu gün imperializmin İslam dünyası üçün əsas planı tam hakim olmaqdır. Amerikalıların ortaya atdığı Böyük Orta Şərq layihəsi sionizm rejiminin mərkəzliyi ilə Orta Şərq adlı böyük bir ölkə yaratmağın başqa təbiridir. Bu ölkələrdə olan bütün dövlətlər İsrailin əlaltı dövlətinə çevrilməlidirlər. Böyük Orta Şərqin mənası budur ki, biz əzəmətli bir bəşəri sahəni İsrailin ixtiyarına verək, o da kapital qoyub ucuz istehsal etsin və daha da kökəlsin; əgər Nildən Fərata qədər əfsanəsini hərbi yollarla həyata keçirə bilmədisə, iqtisadi, siyasi, maliyyə və texniki üsullarla təmin etsin. Amerika və demək olar ki, Qərb bunu istəyir. İslam dünyasnı nə üçün belə bir istəyə təslim olmalıdır?!
Bu sahələrdə inkişafın düşüncəyə, ağla, götür-qoya və hikmətə ehtiyacı var. Qəlblərimizi bir-birinə daha artıq yaxınlaşdırmağımıza ehtiyacımız var. Əldə etməyə çalışmalı olduğumuz və uzaqda olan iksir müsəlman ölkələrinin müxtəlif sahələrdə birliyindən və həmrəyliyindən ibarətdir.
Böyük Orta Şərq məsələsi bir Amerika arzusudur. Onların dediyi Böyük Orta Şərq Orta Şərqdə İsrailin mərkəz olduğu böyük bir ölkədir. Sözsüz ki, onların məqsədi vahid bir dövlət təşkil etmək deyil. Xeyr, indiki coğrafi sərhədlərdə olan dövlətlər olsunlar, lakin amerikalıların əlində olan hökumətlər olsunlar. Xalq zahirdə onları seçsin, amma amerikalılar istəsinlər; necə ki, son aylarda Ukrayna və Gürcüstanda baş verdi.
Onlar istəyirlər ki, İsrail təbii sərvətlərlə dolu olan bu zəngin regionda dəyərli bir mərkəz olsun, Qərbin maddi sivilizasiyasının nümayəndəsi və bazası bu ölkələrdə əl-ayaq açsın, onların ucuz işçisindən istifadə etsin, onların pullarından istifadə etsin, öz iqtisadiyyatını genişləndirsin, öz əkinçiliyini inkişaf etdirsin və əslində özünü qidalandırsın. Sanki bir ağacın kökü qonşunun evinə daxil olur və oradan qidalanır; əslində ağacın meyvəsi o evin sahibinindir.
Bir dəfə hərbi güclə əldə etmək istədiklərini elan etdikləri Nildən Fərata qədər layihəsini indi əslində siyasi və iqtisadi güclə əldə etmək istəyirlər. Sözsüz ki, əsla bu məqsədə çatmayacaqlar; nə amerikalılar, nə sionistlər və Fələstinin işğalçıları.
Xalqlar oyaqdır. Biz oyaq olmalıyıq. İslam Respublikası oyaq olmalıdır. Bizim oyaqlığımız bir şüar deyil; diqqətimizi cəm etməliyik.
Dostları ilə paylaş: |