Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Hökumətlərin vəzifəsi - müsəlman xalqların istəyi ilə razılaşmaq



Yüklə 2,59 Mb.
səhifə245/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   241   242   243   244   245   246   247   248   ...   376

Hökumətlərin vəzifəsi - müsəlman xalqların istəyi ilə razılaşmaq


Ümidvarıq ki, İslam hökumətləri, müsəlman xalqların ümumi istəkləri ilə razılaşsınlar, bu əzəmətli hərəkəti dəstəkləsinlər, işğalçı rejimlə hər bir rabitəni tam şəkildə kəssinlər, müxtəlif iqtisadi embarqolarla və digər vasitələrlə bu işğalçı rejimə qarşı mübarizə üçün istifadə etsinlər və xalq yardımlarını Fələstinin əsas məsələsinə - yaralıların müalicəsinə və xarabalıqların abadlaşdırılmasına sərf etsinlər. İran İslam Respublikası da bu hərəkətə və məzlum Fələstin xalqına öz dəstəklərini davam etdirəcək, Ümümdünya Qüds Günü tədbirlərini bütün müsəlmanlarla birgə hər il olduğundan daha əzəmətli keçirəcək və ümidvardır ki, hər gün haqq və ədalətin qələbəsinin, batil və işğalçılığın məğlubiyyətinin və rüsvayçılığının şahidi olaq.

Siz dünyanın dörddə birisiniz. Müsəlmanlar ən böyük güc imkanlarına malikdirlər. Bu gün dünya sizin neftinizə möhtacdır. Bu gün dünya sizin həssas həyat regionunuza möhtacdır. Nə üçün Amerika sizi nəyəsə məcbur edə bilir? Dözməyin, qəbul etməyin; bunlar şüar deyil, bunlar reallıqlardır. Əgər biz səy göstərsək və bu əzəmətli ilahi və insani vəzifədə sədaqətli rəftar etsək, həyata keçəsi və olasıdır.

Bu gün bir qrup fədakar müsəlman - Fələstin xalqının qocalardan, gənclərdən, kişi və qadınlardan ibarət seçilmiş şəxsləri müqəddəs Fələstin torpaqlarında mübarizə aparmaqdadırlar. Onlara kömək edin; yol budur. Fələstinə kömək, mübarizə aparan qüvvələrə kömək deməkdir. Fələstinə köməyin mənası bu deyil ki, ürəkləri Fələstin üçün yox, öz şəxsi maraqları üçün yanan sazişçi qüvvələrə kömək olunsun. Elə təşkilat məqbul və Fələstin xalqının həqiqi nümayəndəsidir ki, Fələstinin amalı yolunda mübarizə aparsın, gedib Fələstinin amalını düşmənə satan və onun üzərindən bazarlıq edən təşkilat yox.

Müsəlman xalqlar hərəkətə gəlməli və məsuliyyət hiss etməlidirlər. Mən bu gün deyilməsini və görülməsini lazım bildiklərimi bəyanatda demişəm, indi də deyirəm ki, müsəlman xalqlar bacardıqları yolla özlərinin müxtəlif yardımlarını Fələstin daxilində mübarizə aparan xalqa çatdırmalıdırlar. Bu bir şəriət vəzifəsi, ilahi və insani borcdur.

Əgər bu gün siz müsəlmanlar geri çəkilsəniz, bilin ki, düşmən bir səngər irəliyə gələcək. Düşmən qurtarmır, İsrail bir səngər irəliyə gələcək; İslam dünyasının düşməni olan Amerika bir səngər irəliyə gələcək. Əgər siz geri çəkilsəniz, onlar irəliləyəcəklər. Onlarla siz ümmətin arasındakı düşmənçilik bitməyəcək. Çünki imperializmin imperialist istəkləri bitmir.

Siz burada bir qətiyyətli hərəkət etməli və bir qətiyyətli qərar verməlisiniz. Tehrandakı bu toplantı faydalı bir toplantı ola bilər. İş sizin əlinizdədir, qərar verin. Parlamentlər oturub Fələstinin taleyi üçün qərar versinlər və onu hökumətlərdən istəsinlər. Ziyalılar və yazıçılar yazsınlar, ictimai rəy oyansın, tələbə və gənclər uca səslə xalqların istəyini elan etməyə hazır olsunlar.

İran xalqı hazırdır. Biz imkan və gücümüz həddində bu vəzifəni yerinə yetirməyə hazırıq. Hegemonçuluğun düşmənçiliyinə də dözərik. Bizi Fələstini, Fələstin intifazəsini və Fələstin xalqının qiyamını himayə etdiyimizə görə təhdid etməsinlər. Bu himayə bizim vəzifəmizdir. Biz bunu yerinə yetirəcəyik və heç bir təhdiddən də qorxmayacağıq. İnqilabdan dərhal sonra biz hegemonluğun təhdidlərinə məruz qalmışıq və Allahın lütfü ilə, Allahın güc və qüvvəsi ilə hegemonluq bir iş görə bilməyib. Biz yenə də öz vəzifəmizi yerinə yetirəcəyik.

Mən siz möhtərəm cənablardan və siz əziz qardaşlardan xahiş edirəm ki, bu toplantıya tam ciddi yanaşın və qərar verməyə çalışın. Yalnız toplaşmaq, yalnız oturmaq, danışmaq və durmaq kifayət etmir, qərar verməlisiniz. Qərarla qayıtmalı və o qərarı icraya çıxarmalısınız. O zaman görəcəksiniz ki, keçilməz görünən yollar açılacaq. Müsəlman xalqların iradəsi qarşısında heç bir bağlı yol yoxdur.



Bu gün müsəlman hökumətlər məsuliyyət hiss etməlidirlər. Müsəlman hökumətlərin gücü bir və yekdil olsa, Amerikanın gücündən artıqdır. Amerika bu regiona daha ehtiyaclıdır, nəinki bu region Amerikaya. Hökumətlər bilməlidirlər ki, müsəlman xalqların istəyi onların hamısının Amerika və İsrailin hegemonçu istəyinə yox cavabı vermələridir. Bu, hökumətlərin özünü və İslam ölkələrinin şərəf və izzətini qorumaq üçün ən güvənli addımdır. Amerikanın təhdidindən və tamahlandırmasından və sionist mətbuatının informasiya təzyiqindən qorxmasınlar. Özlərinin dini və milli vəzifələrinin səsinə səs versinlər.

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin