Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Ərəb hökumətləri, İslam konfransı və Ərəb Liqası üçün çətin imtahan



Yüklə 2,59 Mb.
səhifə259/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   255   256   257   258   259   260   261   262   ...   376

Ərəb hökumətləri, İslam konfransı və Ərəb Liqası üçün çətin imtahan


Ərəb hökumətləri çətin bir imtahan qarşısındadırlar. Ayıq ərəb xalqları onlardan qətiyyətli addım tələb edirlər. İslam konfransı və Ərəb Liqası Qəzzənin mühasirəsinin tamamilə götürülməsindən, qərb sahillərində fələstinlilərin evlərinə və torpaqlarına hücumun tam dayandırılmasından, Netanyahu və Ehud Barak kimi cinayətkarların mühakiməsindən azına qane olmamalıdırlar.

Altıncı fəsil: Media qurumlarının məsuliyyəti

Təbliğat baxımından Fələstini müdafiədə media qurumlarının vəzifəsi


İnqilab mesajının özü, onun möhkəmləndirilməsi, tanıtdırılması və yazılması baxımından bizim problemimiz yoxdur. Onu necə bölməyimizi, paylaşdırmağımızı və yaymağımızı bilmək üçün düzgün müdiriyyət lazımdır. Bunlar baş vedikdə ictimai rəy sizin ixtiyarınızda olacaq; yəni siz ictimai rəyi idarə edə biləcəksiniz. Bu iş baş verdikdə ictimai rəy artıq sizin ixtiyarınızda olacaq. Düşmən ictimai rəyi ələ almaq istəyir. Siz onun öz xalqınızın və səsinizin çatdığı qədərincə digər xalqların ictimai rəyini ələ almasına imkan verməməlisiniz. Siz bu gün Fələstin hadisəsi kimi bir hadisəyə baxın. Orada daha haqq və batil cəbhələri məlumdur. Bir xalqı öz ata-baba yurdundan - babalarının sümükləri bu torpaqda dəfn olunub və bütün tarix buranın onlarınkı olduğunu deyir - öz torpaqlarından, həyatlarından, evlərindən və öz ölkələrində seçim hüququndan məhrum etdilər. Avropadan, Şərqi Avropadan, Rusiyadan, Amerikadan və digər yerlərdən bir qrup əcnəbini toplayıb dedilər ki, siz buranı idarə edin. Əgər ortada başqa heç bir amil olmasaydı da, bunun özü haqq və batilin harada olduğunu göstərərdi, o ki qala işğalçı əcnəbi qrup müxtəlif növlü qəddar və yırtıcı üsullarla o torpağın sahibi olanları məhv edə; yəni vurur, əzir və öldürür. Daha bundan da aydın və ayırd olan haqq və batil varmı?! Siz görün bu regionda İsrailin tərəfdarları – Amerika, sionistlərin özü və digər hökumətlər bunun özünü dünyanın ümumi rəyində necə dəyişmişlər! Yəni ümumi rəyi elə dəyişmişlər ki, bu gün bu acı hadisələrin qarşısında dünyada mühüm hərəkət baş vermir. Əgər bu təbliğatlar olmasaydı, Fələstinlə heç bir rabitələri olmasa belə, dünya xalqları hər gün Fələstin xalqının xeyrinə yürüş keçirər, etiraz edər, hökumətlərə təzyiq göstərər və öz hökumətlərini mövqe bildirmək üçün sıxışdırardılar. Əgər bu təbliğatlar olmasaydı, ümumiyyətlə dünya siyasəti dəyişilərdi. Bunlar ictimai rəyi özləri istədikləri kimi ələ keçirib yönəltdilər. Media işinin sözügedən məntiqli ardıcıllığına riayət etmələrinə görə bu böyük yalanı xalqın beyninə yeritdilər. Əgər biz düzgün bir media işi görə bilsək, bu batil səhnəni ən azı müəyyən həddə haqq səhnəsinə çevirə bilərik. Yəni dünyanın ümumi rəyində elə iş aparaq ki, məsələ həqiqətən çevrilsin. Biz bu sahədə zəifik. Biz deyəndə haqq cəbhəsini nəzərdə tuturam. Bu, bir beynəlxalq hadisəyə qarşı dünyanın ümumi rəyi barəsindədir. Ölkə daxilindəki ictimai rəy haqqında da həmin məsələ eyninə mövcuddur.

Xəbər məsələsi də çox mühümdür. Xəbər ehtiyacdır. Düzdür, xəbər hazırlamaq keçmişdəkindən çox yaxşı olmuşdur, lakin bacardıqca xəbəri etimadlı, zamanında, əhatəli və dediyimiz xüsusiyyətlərə malik edin. Bəzən bir zəif və az etimadlı xəbərin yayımlanması xalqda məyusluq yaradır. Bəzən vahid bir xəbəri iki cür vermək olar. Misal üçün, Amerikanın, yaxud İsrailin təchizat xəbərini elə vermək olar ki, xalq onunla mübarizəyə qalxmağa həvəslənsinlər; həmin xəbəri həm də elə vermək olar ki, xalq daha tərpənməyin və ümumiyyətlə hər hansı bir hərəkət etməyin mümkün olmadığını hiss etsin. Deməli, xəbərin verilmə tərzi ümidverici olmalıdır. Əlbəttə, xəbərin özü mühüm və faydalı məqamlara malikdir.



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin