Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İsraillə mübarizə üçün təbliğat yollarından istifadənin lazımlığı



Yüklə 2,59 Mb.
səhifə261/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   257   258   259   260   261   262   263   264   ...   376

İsraillə mübarizə üçün təbliğat yollarından istifadənin lazımlığı


İsrailin adı ilə şüar verənlərin nəzərindən çox zaman iki məqam yayınır. Biz bu iki məqamı qısa şəkildə deyəcəyik... İkinci məqam budur ki, ilk gündə işğalçı dövləti yaratmaq üçün şərait yaradan və bu gün də onun davam etməsini təmin edən amillərdən biri sionistlərin və dünyanın hər yerində olan dostlarının beynəlxalq informasiya qurumlarının apardığı təbliğatdır. Dünyanın ümumi rəyi üçün belə göstərmişlər ki, ev sahibi orada hökumət edən şəxslərdir və bir qrup mədəniyyətdən uzaq insan da onlara maneçilik törədir. Təəssüf ki, bunu dünyada oturuşdurmuşlar. Bu məsələ üzərində dünyanın ümumi rəyində və ümumi mədəniyyətində təbliğat işi aparmışlar. Lakin biz müsəlmanlar xəbərsiz qalmışıq. Biz müsəlmanlar düşmənin təbliğat üsullarına vaqif olmamışıq, Fələstin xalqının doğruluğunu çatdırmaq üçün ən yaxşı üsullardan bəhrələnməmişik.

Bu girişlə söyləmək istədiyim budur ki, dünyanın hər bir tərəfində bütün ziyalılar, yazıçılar, sənət adamları və informasiya işində azca da çalışan bütün şəxslər bu məsələyə qarşı tam məsuliyyətlə vəzifələrini yerinə yetirməlidirlər.

İkinci Dünya Müharibəsindən sonra yəhudilər bütün dünyada özlərini məzlum göstərmək üçün yüzlərlə və bəlkə də minlərlə film hazırlamışlar. Bu filmlər onların simasını məzlum, onlarla həqiqi, yaxud qeyri-həqiqi formada mübarizə aparan şəxslərin simasını zalım göstərir. Bizim bildiyimiz qədərincə bu gün Fələstin xalqına edilən zülm heç zaman bir xalqa edilməmişdir. Ancaq təəssüf ki, dünyanın ümumi rəyi bu zülmdən xəbərdar deyil. Bu düzgün bəyan olunmalıdır, filmlər hazırlanmalıdır, sənət işləri görülməlidir ki, dünyanın bütün ümumi rəyi nə baş verdini bilsin.

Təəssüflə etiraf etməliyik ki, bizim ziyalılarımız və bacaran şəxslər səhlənkarlıq etmişlər. Biz Fələstin məsələsini dünya miqyasında olduğu kimi tanıtdırmalıyıq. Bu iş üçün maya qoyulmalıdır, insanlar çalışıb işləməlidirlər. Bu bizim diqqətsiz qaldığımız məqam olmuşdur.

Təsadüfən iki-üç il öncə də italiyalılar bir kitab yazdılar; fars dilinə də tərcümə olundu. Orada da CİA təşkilatının İncəsənət bölməsinə və onun müxtəlif fəaliyyətlərinə toxunulmuşdur. Siyasət bu şəkildə incəsənətdən istifadə edir. Siz burada nə iş görmək istəyirsiniz? Əgər dünyanın bütün siyasətçiləri, hegemonçuları, quldurları və ixtiyar sahibləri gəlib öz müqəddəs kitabları önündə incəsənətdən istifadə etməmələrinə dair Allaha and içsəydilər, insan nisbətən rahat olub deyərdi ki, çox yaxşı, Allaha şükür ki, incəsənət xilas oldu. Lakin onlar incəsənətdən istifadə edirlər. Siz nə iş görmək istəyirsiniz? Siz onların incəsənət vasitəsi ilə nail olduqları tamahkar məqsədləri ilə mübarizədə bu vasitədən imtina etmək istəyirsiniz? Bu ağıldandır?! Xeyr, bu ağıldan deyil.

Bu, İslam Respublikasının günahıdır. Müxtəlif məsələlərdə - Fələstin məsələsində və digər məsələlərdə də belədir. Bir xalq dünya güclərinin hegemonçu istəkləri qarşısında təslim olmaması günahına görə bütün vasitələrlə, o cümlədən incəsənət vasitəsi ilə şiddətli mübarizəyə məhkum olur. Qeyd etdiyim kimi, CİA təşkilatının İncəsənət şöbəsi var. İnqilabdan sonra onların bizim əleyhimizə, şiəliyin və İslamın əleyhinə hazırladıqları filmlər olduqca çoxdur. Bir iranlı prodüsser, kinematoqraf, kino və teatr aktyoru, musiqiçi və bəstəkar olan sizlər bu reallığı və məzlumluğu dərk edirsinizsə, vəzifəniz nədir? Heç bir xalq vəzifəsi yoxdurmu?!

...Onlar bu qədər silah istehsal edib bütün dünyaya verirlər. Buna əsasən, həqiqət budur ki, onların özləri ən çox kobudluğu törədirlər. Terrorizimdən danışırlar, amma məqsədləri budur ki, İslam Respublikası nə üçün öz vətənlərini müdafiə edən mübariz fələstinliləri himayə edir. Beynəlxalq informasiya vasitələrinə görə, terrorizmi müdafiə fələstinli mübarizləri müdafiədir. İsrail tankları vasitəsi ilə fələstinlilərin evini başına uçurmaq və bir neçə aylıq körpələri qətlə yetirmək terrorçuluq deyil. Amma qəddar cinayətkar bir hərbçi bir hadisədə öldürüldükdə, öz mətbuatında ağlayan həyat yoldaşının şəklini ayrıca, uşağının şəklini ayrıca, dəfn mərasiminin şəklini də ayrıca vururlar. Bu ondan ötrüdür ki, qarşı tərəfi zorakı kimi təqdim etsinlər. Bu, sözügedən təbliğat işlərindəndir. Qərəz budur ki, incəsənətə və siyasətə bir qədər dərindən baxmalıyıq, burada səthi düşünmək olmaz.


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   257   258   259   260   261   262   263   264   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin