Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Müqavimətin və sülhün nəticələrinin əyan olması



Yüklə 2,59 Mb.
səhifə304/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   300   301   302   303   304   305   306   307   ...   376

Müqavimətin və sülhün nəticələrinin əyan olması


Müqavimət və mübarizə örnəyi bizim qarşımızdadır. Yəni müqavimət və mübarizə ilə və sözsüz ki, ziyanlara dözməklə qələbəyə çatmaq olar. Eyni zamanda məğlubiyyət örnəyi də bizim qarşımızdadır və o, sülh yollarına könül verməkdən, sülhün dilənçi kasasını əldə tutmaqdan ibarətdir. Onun nəticəsi də təhqir olunmaq, xar olmaq və sonda İsrailin istəklərinin birtərəfli yeridilməsidir. Bunu da eynilə müşahidə etdik.

Mübariz xalqın düşmənin təhdidinə və xainlərin sülh müqavilələrinə əhəmiyyət verməməsi


Bu gün bunlar Fələstin məsələsinin bitdiyini xəyal edərək bayram keçirirlər. Mən deyirəm: Fələstin məsələsi bitmiş deyil. Səhv etməsinlər. Əlbəttə, imperialist dünya "Allah onların işığını keçirər və özlərini zülmət içərisində qoyar, (heç nə) görməzlər" səbəbindən bütün elmi təhlilləri ilə bu insani həqiqətləri gizli saxlaya bilməzlər.

Məsələ bitməmişdir. Məsələ dəyişməmişdir. Fələstin məsələsi öz vəziyyətində qalmışdır. Fələstinli tərəf, yəni zahiri fələstinli olan, əslində isə nə olduğunu Allahın bildiyi əskik, bədnam və üzüqara imza sahibi gedib nəyisə satası deyil. Məgər Fələstin xalqı Ərəfatdır?! Ərəfat nə karədir ki, gedib Fələstini onun işğalçıları ilə, qeyd olunmayanlardan əlavə tarixdə yüzlərlə faciəli hadisəsinin qeyd olunduğu sionistlərlə bazarlıq etsin. Məgər Deyr-Yasin hadisəsi, dinamitlə xalqın başına uçurulan kəndlər unudulmuşdur? Məgər unutmaq olar?! Bunları kim etmişdir? İndi onlar gəlib heç kim olan bir şəxsdən imza alsınlar ki, biz dörd-beş ildir buranı işğal etmişik, indi sən gəl buranın bizim özümüzünkü olduğunu imzala. Məgər bunu edə bilər?! Məgər kimsə qəbul edər?! Amerika və sionizmin başçıları, eləcə də bu müzakirə və imza stolu arxasında oturan o zəbun və əskik adamlar bilsinlər ki, fələstinli yumruqlar eləcə işğalçıların başına endiriləcək. Beynəlxalq təbliğatda səs-küylə hamıya göstərirlər ki, bir qrup fələstinli sevinir. Bəli, hər yerdə muzdur adamlar, zəif adamlar və sabahlarının nə olacağını bilməyən məlumatsız insanlar sözsüz ki, var. Belə olması da mümkündür. Nə üçün bu məsələdə İslam dünyasının fikri soruşulmur? Bu məsələ bir İslam məsələsidir. Ərəb dünyasında təəssüf ki, bəzi ərəb başçıları rüsvayçı şəkildə bu xəyanətə təslim olub razılaşdılar. Həmin ölkələrdə, əgər dünya təbliğatının azad olduğunu doğrudan deyirsinizsə, gedin insanlardan müsahibə alın. Buraya çatdıqda daha təbliğat azadlığının və soz azadlığının mənası yoxdur; bu daha Qərb demokratiyasının prinsiplərindən sayılmır.

Gedib xalqdan müsahibə alsınlar, görsünlər xalq nə deyir. Məgər İslam ümməti bu 40-50 ildə verdiyi bütün bu qurbanlara göz yummağa razıdır?! Məgər İslam ümməti amerikalıların işarə etdiyi hər bir şeyi ikiəlli təqdim edən bu dörd xəyanətkar şah və prezidentdir?! İslam ümməti İslam ümmətidir. Ərəb ümməti də öz dairəsində bunlardan daha şücaətli və daha başucadır. Bu mübarizə xalqların daxilinə çəkiləcək; necə ki, çəkilmişdir.

Düşmən bilsin ki, heç bir təhdid və heç bir hiylə, o cümlədən Fələstin amalına arxa çevirmiş fələstinlilərin Amerika konfransında iştirak etməsi Fələstinin xilası uğrunda cihad etməyi özünün İslam vəzifəsi bilən mömin canları bu haqlı mübarizədən daşındıra bilməyəcək. Amerikanın, onun müttəfiqlərinin və əlaltılarının istəyinə rəğmən, Fələstin xalqının cihadı da davam edəcək və bu müqəddəs şölə asılı olan fələstinli və ərəb siyasətçilərin xəyanəti ilə sönməyəcək.

Şərmüşşeyxdə və digər yerlərdə məsuliyyətsiz tərəflər arasında bağlanan bu müqavilələrin heç bir təsiri yoxdur. Bu, müqavilələri imzalayanların rüsvayçılığına səbəb olacaq, heç bir faydası və heç bir təsiri də olmayacaq.


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   300   301   302   303   304   305   306   307   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin