Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Fələstinin İslam qiyamı - ilahi nemət



Yüklə 2,59 Mb.
səhifə322/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   318   319   320   321   322   323   324   325   ...   376

Fələstinin İslam qiyamı - ilahi nemət


Bu gün torpaqlar daxilində böyük bir hadisə baş verməkdədir və o bu günlərdə öz ömrünün dördüncü ilinə daxil olan İslam qiyamıdır. Bu, Fələstini xilas etməli olan amildir. Bu, İsrailin himayədarlarının və istehsalçılarının qorxduğu məsələdir. Bu, ümid ediləndir və bu ümid bu gün həyata keçmişdir. Bu, böyük bir ilahi nemətdir.

Fələstin xalqının İslam oyanışı


Xoşbəxtlikdən, Fələstin xalqının İslam oyanışı böyük həddə gələcək üfüqləri aydınlaşdırmışdır. Bu gün Fələstin xalqının yeni nəsli Allahın adı ilə və İslam inancına arxalanmaqla mübarizə aparır. Bu mübarizə çox ümidvericidir. Göründüyü kimi düşmən - istər sionsit hakimlər, istər Amerika və İsrailin digər himayədarları, istərsə də regiondakı xəyanətkarlar bu yeni hərəkətdən çox təşvişə düşmüş və mübarizənin əsas istiqamətini ləkələmək və örtmək üçün hər bir yola əl atırlar. Bu yolların sonuncusu İraqın vassal hakimlərinin söylədiyi İsrailə qarşı içiboş və yalançı hücum şüarıdır. Hamı bilir ki, İraqın Bəs rejimi böyük güclərdən aldığı silahları heç zaman böyük güclərin sayəsi altında yaşayan İsrail əleyhinə işlətməyəcək və ondan hegemonluğun məqsədlərinin xidmətində durmaqdan, yaxud region varlılarından bac almaqdan başqa bir iş üçün istifadə etməyəcək.

İşğalçı hökumətlə düzgün mübarizə yolu bu gün fələstinlilərin özlərinin tapdığı və möhkəm şəkildə başladıqları yoldur. Bütün müsəlmanlar onlara bu müqəddəs mübarizədə kömək etməyə borcludurlar.

Bu gün İslam ümməti üçün bayram günüdür. Lakin bizim builki Məbəs bayramımız təəssüf ki, Fələstin məzlumlarının qanı ilə boyanmışdır. Fələstin hadisəsi böyük hadisədir. Yarım əsrdən çoxdur ki, İslam dünyası bu əzəmətli hadisənin qarşısında qalıb. Bu onillər ərzində İslam dünyasının məsul şəxsləri və qərar verə bilən insanlar əgər yaxşı qərar versəydilər, bəlkə də bu problem ya aradan qalxardı, ya da ən azı aradan qaldırması daha asan olardı. Bu mütəmadi illər boyunca çoxlu səhlənkarlıqlar edilmişdir. Bu gün sözügedən təyinedici dönəmlərdən biridir. Bu gün elə dövrlərdəndir ki, Fələstin xalqının taleyi İslam dünyasının istədiyinə sarı çəkilə bilər. Nə üçün? Çünki Fələstində bir nəsil oyanmışdır. Bir partiyanı, bir toplumu meydandan çıxarmaq olar. Bir qrup insanı cihadlarına, yaxud qorxmazlıqlarına peşman etmək olar. Amma cücərməkdə olan bir nəsli heç bir şeyin bahasına tanıdığı və üz tutduğu yoldan daşındırmaq olmaz. Bu gün vəziyyət belədir. Bu gün Fələstin məsələsinin yükünü çiyninə almış bu nəsil oyanmış və həqiqəti dərk etmişdir. Həqiqət nədir? Həqiqət budur ki, dünyanın güclüləri, siyasətçiləri və sərvətliləri bir zaman kəsiyində bir xalqı yer üzündən məhv etməyə və bir ölkəni coğrafi xəritədən xaric etməyə qərar verdilər və öz gümanlarına əsasən bunu bacardılar; bəzilərini öldürdülər, bəzilərini qovdular, bəzilərini əzdilər, elə bildilər məsələ bitdi. Halbuki bir xalqı - özü də Fələstin xalqı kimi parlaq keçmişli, zəngin və dərin İslam mədəniyyətinə malik olan, arasında parlaq istedadların mövcud olduğu bir xalqı (fələstinlilər dəyərli xalqdırlar, onların arasında istedadlı insanlar və böyük şəxsiyyətlər az deyil) dünya güclərinin - İngiltərənin, Amerikanın, sionistlərin, filan kompaniya sahibinin və filan qüdrətli beynəlxalq təşkilatın məhv etmək istəməsi mümkün deyil; necə ki, olmadı.

Bu gün işin idarəsi böyük güclərin əlindən xaric olmuşdur. İslamın, İslam dalğasının və İslam oyanışının əleyhinə mərkəzləşdirilmiş bütün fəaliyyətlərə rəğmən, istər Asiyada, istərsə də Afrikada bu İslam dalğası və İslam oyanışı günbəgün denişlənməkdədir və onlar daha bir iş görə bilmirlər. Bu sizin inqilabınıza, mərdanə, mömincəsinə və qorxmaz qiyamınıza görədir. Onun bir nümunəsi Fələstin intifazəsidir. Bu işin idarəsi böyük qüvvələrin əlindən xaric olmuşdur. Fələstin xalqı öz küçələrində və şəhərlərində mühasirəyə alınmış və ən vəhşi düşmənlə qarşı-qarşıya dayanmışdır. Orada hər bir əsgər o fələstinlinin düşmənidir. Belə deyil ki, əsgər onların özündən olsun; mehribanlıqla, məhəbbətlə, gül verməklə və gül almaqla problemi həllə edə bilsinlər. O əsgərin özü intifazə edən həmin fələstinli gəncin şəxsi dümənidir. Belə bir xalq bağlı bir mühitdə, bu qədər iqtisadi problemlər, bu qədər xəsarət və şəhadətlər içində dayanmışdır və geri çəkilmir. Bu nəyi göstərir? Bu onu göstəriri ki, işin idarəsi hegemonçu və yekəxana güclərin əlindən çıxmışdır.



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin