Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Beytülmüqəddəs məsələsi İslam Respublikası xalqının və quruluşunun məsələlərindən biri kimi



Yüklə 2,59 Mb.
səhifə35/376
tarix05.01.2022
ölçüsü2,59 Mb.
#111712
1   ...   31   32   33   34   35   36   37   38   ...   376

Beytülmüqəddəs məsələsi İslam Respublikası xalqının və quruluşunun məsələlərindən biri kimi


Şərafətli Beytülmüqəddəs və məzlum Fələstin xalqı məsələsi İslam Respublikası xalqının və quruluşunun məsələlərindəndir. Məgər biz bu məsələni unuda, yaxud ona diqqətsiz qala bilərik?! İslam quruluşunun xüsusiyyəti belədir ki, onun qərarı etiqad və ilahi vəzifəyə əsaslanır. İslam fəqihlərinin heç birinin şübhəsi və ixtilafı yoxdur ki, düşmən müsəlmanların torpaqlarına hakim olduqda, bir ölkədə İslamın varlığını təhdid etdikdə böyük və ümumi bir cihad edib o düşmənlə mübarizə aparmaq, onu İslam torpağından çıxarıb cəzalandırmaq və tənbeh etmək bütün müsəlmanların vəzifəsidir. İslam və müsəlmanların düşməni olan xəbis, təhlükəli və cinayətkar sionizm təcavüzkardır, yoxsa yox? Fələstin torpağı müsəlmanların evi və qibləsidir, yoxsa yox?

Bu gün 40 ildən artıqdır ki, İslamın və insaniyyətin ən xəbis düşmənləri - yəni bu qəddar və hiyləgər sionistlər bizim varlığımızın bir hissəsinə, bizim evimizin və torpağımızın bir hissəsinə hakim olmuşlar. Bizim vəzifəmiz nədir? Müsəlmanların vəzifəsi nədir? Fələstin qarşısında digər müsəlman xalqların vəzifəsi nədir? Vəzifə sükut etməkdir?! İki gün daha artıq hakimiyyətdə qalmaqdan, Amerikanın və böyük güclərin məhəbbətini cəlb etməkdən ötrü bu qədər əzəmətli bir vəzifədən imtina edən asılı və xəyanətkar ölkə başçılarına ar olsun!



Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin