Fələstin məsələsində üç dəyərli məqam var. Bu üç dəyərli məqam tarixin yadında qalacaq:
...Tarixdə qalacaq ikinci məqam Fələstin xalqının əfsanəvi dözümü və müqavimətidir. Bir xalq mühasirə olunub, yalqızdır, bütün ətrafını düşmən sarıyıb. Lakin bu şəkildə dayanıb, aclığa dözür, övladlarının qəminə və gənclərinin müsibətinə dözür, evlərinin uçulmasına və tarlalarının dağılmasına dözür, işsizliyə dözür. İndi bir neçə milyon fələstinli - bunların hamısı partiya və qrupların üzvləri deyillər - bir xalq olan qadın, kişi, kiçik, böyük və qoca var qüvvələri ilə dayanmışlar. Afərin! Afərin! Çox müqavimətli xalqdır! Bu da tarixdə qalacaq. Bu məsələdə olan bu nöqtə parlayır və tarixdə gözləri özünə cəlb edəcək.
Dostları ilə paylaş: |