Üçüncü fəsil: Sionizm və İsrail
Mənim əzizlərim! Düşmənlərimzin bizə göstərdiyi xidmətlərdən biri budur ki, təbliğatda hansı məqamlar üzərində dayanmalı olduğumuzu başa salırlar. Əgər siz bu gün baxsanız, görərsiniz ki, düşmənin bütün təbliğat maşınları əl-ələ verib öz təbliğatlarını bir neçə məqam üzərində toplamışdır; onların başında da sionistlərin təbliğatı durur. Sionistlər dedikdə bizim məqsədimiz təkcə işğalçı sionizm dövləti deyil, o, sionistlər məcmusunun bir hissəsidir. Sionist toplum Amerika da daxil olmaqla bəzi ölkələrin böyük kapitalistlərini təşkil edən və o ölkələrin siyasətlərinə hakim olanlardır.
Bu gün təəssüf ki, Amerika ölkəsi, Amerika dövləti, Amerika Konqresi müxtəlif maliyyə, təbliğat, mədəni və digər sahələrdə sionistlərin tilsiminin əsiri olmuşdur. Dünyanın media təbliğatı da əksərən bunların əlindədir. Sizin gördüyünüz bu məşhur xəbər agentlikləri əsasən həmin toplumun əlindədir. Bəziləri də onlara məxsus deyil, amma onlarla eyni istiqamətdədirlər. Əgər siz bunların təbliğatına baxsanız, görərsiniz ki, bizim əziz ölkəmiz, böyük, qəhrəman və eyni zamanda məzlum xalqımız barəsində bir neçə məqam üzərində dayanmışlar: birincisi ixtilaf, ikitirəlik və təfriqədir; qədim dastan olan "parçala, hökm sür" məsələsi; qədimdən xalqların canına düşmüş həmin əsas dərd və bəla. Onlar təfriqə yaratmaq istəyirlər. Nə qədər çalışsalar da, təfriqə yarada bilmədiklərini gördükdə isə təfriqə şayiəsini yayırlar.
Dostları ilə paylaş: |