Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Muxtar təşkilatın rüsvayçı razılaşması



Yüklə 1,24 Mb.
səhifə171/376
tarix07.01.2022
ölçüsü1,24 Mb.
#84656
1   ...   167   168   169   170   171   172   173   174   ...   376

Muxtar təşkilatın rüsvayçı razılaşması


Növbəti məsələ bu yaxınlarda sionistlərlə özlərini Fələstinin nümayəndəsi bilənlər arasında baş verən rüsvayçı razılaşmadır. Mən bu məsələnin təfərrüatına toxunmaq istəmirəm. Bunu radio və televiziya, ölkə məmurları, Xarici İşlər Nazirliyinin əməkdaşları və belə məsələlərin izahını öhdəsinə götürən digər şəxslər bizim xalqımıza aydınlaşdırmalıdırlar və xalqımız çox çirkin və təhlükəli olan bu məsələdən xəbərdar olmalıdır. Hələ təxminən iki il bundan öncə bağladıqları müqaviləyə əməl olunmamış gəlib məzlum Fələstin xalqının, Fələstin ölkəsinin, ərəb dünyasının və İslam dünyasının tam əleyhinə olan başqa bir müqavilə imzaladılar.

Amerika bu məsələ ilə ciddi məşğul oldu. Səbəb də bu idi ki, Amerika prezidentinin düçar olduğu şəxsi problemlərə və həmçinin Amerika diplomatiyasının Orta Şərqdəki rüsvayçılığına görə onların da bu məsələyə ehtiyacları vardı. Amerikalıların özləri dəfələrlə deyiblər ki, dırnaqarası Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasındakı sülh müqavilələri kağız üzərindədir və real deyil. Amerika diplomatiyasının bu işdə zəifliyi, Amerikanın gücsüzlüyü, bacarıqsızlığı Amerikanı dünyada rüsvay etdi. Digər çoxlu daxili və xarici məsələlər də var. Oturub bir neçə qısa həftə ərzində təcili bir işlə özünü Fələstin xalqının nümayəndəsi bilən şəxsdən bir müqaviləyə imza aldılar. O, əskik və xəyanətkar bir insandır, eqoizm və dünyagirlik bataqlığında o qədər batıb ki, Fələstin müqavimətinin üzvü sayılmağa ləyaqəti yoxdur, nəinki o müqavimətin rəhbəri olmağa. O əslində fələstinli mübarizələrin təqib məsuliyyətini öhdəsinə götürüb; yəni sionizm dövlətinin Fələstinin müsəlman inqilabçıları tərəfindən böyük problemini onun üzərindən götürmək və öz üzərinə almaq. Onun daşımalı olduğu yükü bu daşıdı və düşmənin işi asanlaşdı; Fələstin inqilabçıları üçün problemlər və başağrıları yaratdı, Amerikanın çirkin müdaxiləsini və amiranə fəaliyyətlərini artırdı. Bundan əlavə, sionistlərin və Ərəfatın dəm-dəsgahının ardıcıl olaraq iki həftədən bir bu işlərdən ötrü iclasları keçirilir. O, amerikalılarla da iclas keçirib onlara məruzə etməlidir ki, mən bu işləri gördüm, bu şəxsləri tutdum, bu şəxsləri həbs etdim, bu insanları cəzalandırdım. Əgər bir məhbusu azad etsə, amerikalılar ona etiraz edəcəklər ki, nə üçün inqilabçılardan olan bu məhbusu azad etdin, nə üçün səhlənkarlıq etdin, nə üçün filankəsi tutmadın. Burada İsrail məruzəçidir və siyahı verir, Amerika hakimdir və hökm edir, cənab Yasir Ərəfat da o hakimin hökmünün icraçısıdır. Ar olsun belə alçaq insanlara!

Əlbəttə, məsələnin zahiri tərəfi hələlik budur ki, bu muzdur qurum fələstinliləri tar-mar etməlidir. Lakin bu, məsələnin zahiri tərəfidir. Məsələnin məğzi budur ki, fələstinliləri malik olduqları qədər torpaqdan uzun müddət üçün məhrum etsinlər. Məsələnin zahiri budur ki, fələstinli mübarizlər əzilirlər, amma məğzi budur ki, sionizm hökuməti hətta fələstinlilərin bu qədər iştirakına da qane deyil. İşi o qədər çətinləşdirmək və ağırlaşdırmaq istəyir ki, rahat yaşamaq istəyən azad bir fələstinliyə israillinin nökərliyindən başqa yaşamaq imkanı qalmasın. O, Amerikanın ayağını açdı, CİA-nın ayağını əvvəlkindən daha artıq açdı. Onların müdaxilə imkanını genişləndirdi və mübarizlərin işini çətinləşdirdi. Əlbəttə, bunların hamısı onların xəyalında və gümanındadır.

Bu müqavilə ondan ötrüdür ki, bəlkə xain fələstinlilərin əli ilə özlərinə bu təhlükəsizliyi yarada bilsinlər. Çünki təcrübə etdilər və özləri bacarmadılar. İstəyirlər Ərəfatın vasitəsi ilə təhlükəsizliyə nail olsunlar. Lakin mən deyirəm ki, Fələstin xalqı sionistlərlə düşməndir. Yasir Ərəfat olmuş olsa belə, sionistlərin nökərləri ilə də şiddətli düşməndir.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin