İntifazəni davam etdirməyin birinci yolu Fələstin xalqının müqavimətidir. Allaha həmd olsun ki, indiyə qədər möhkəm dayanmışlar. Bu müqavimətin zirvəsi bu şəhadət əməliyylatlarıdır. Bir kişinin, bir gəncin, bir oğlanın və bir qızın xalqının və dininin maraq və məsləhətləri uğrunda öz canını fəda etməyə hazır olması fəxrin, şücaətin və igidliyin son həddidir. Bu, düşmənin qorxduğu amildir. Buna görə siz gördünüz ki, Amerika prezidentindən tutmuş bütün dünyada Amerika xəttində işləyənlərin və çalışanların hamısı rişxəndlə, məzəmmətlə və özlərindən fəlsəfə çıxarmaqla şəhadət əməliyyatlarını dayandırmağa çalışdılar. Xeyr, şəhadət əməliyyatları bir xalqın əzəmətinin zirvəsi və qəhrəmanlığın uca nöqtəsidir. Bir hərbi qüvvənin tam fədakarlıqla öz vətənini müdafiə etməsi məgər şəhadət əməliyyatı deyil?! Zalım bir ordunun bir ölkəyə təcavüz etdiyində, o ölkənin xalqının həmin ordu qarşısında dayanması məgər şəhadət əməliyyatı deyil?! Kim bu işi məhkum edə bilər?! Bu işin vicdanlı və insaflı insanların gözündəki əzəmət və dəyərini kim azalda bilər?! Şəhadət əməliyyatları onların əzəmətinin zirvəsidir. Qoy bəziləri oturub özləri üçün danışsınlar, yazsınlar, əlli ildir keçmişdəkilərin səhlənkarlığından, özlərindən qabaqkı nəslin uzunmüddətli maraqlara diqqət yetirməməsi səbəbindən bu gün öz canı ilə meydana atılıb hüquqlarını bərpa etməyə məcbur olan xalqı qınasınlar. Məgər bu o xalqa təsir edər?! Fələstin xalqı yaşayır, oyaqdır və irəliləyir.