Bütün xalqlar sayıq olmalıdırlar. Bizim xalqımız, Livan xalqı və Fələstin xalqı sayıq olmalıdır. Regionun ərəb xalqları, İraq xalqı və digər müsəlman xalqlar da sayıq olmalıdırlar. Ehityatlı olsunlar, Amerika və sionizmin yeni xəyanətkar planlarının müvəffəqiyyəti istiqamətində bir hərəkət etməsinlər. Bu gün Amerika dövləti və İsrail rejimi üçün müvəffəqiyyət sayılan işlər bütün İslam ölkələrinin ziyanınadır. Belə deyil ki, bəziləri zərər görsünlər, bəziləri isə fayda. Əsla! Bu regiona təcavüz edənləri, onu qarət edənləri və ona tamah salanları sevindirən iş bu regionun bütün xalqlarını qəmli və kədərli edəcək. Əgər qısa müddətdə ona diqqət yetirməsələr də, orta müddətdə şübhəsiz, ona düçar olacaqlar. Ölkələr ehiyatlı olub öz birliklərini qorusunlar, xalqların daxilində milli birliyi qorusunlar. Müxtəlif cinah və qruplardan olan fələstinli qardaşlar bilsinlər ki, onların birliyi bu gün bütün qələbə amillərindən mühümdür. Olmaya Fələstinli qruplar arasında ixtilaf yaratmaq istəyən düşmənin istəyi ilə bir-biri ilə ixtilafa girsinlər və düşmənlərin onlar üçün cızdığı plandan qafil olsunlar!