İslam hökumətlərinin vəzifəsi: İsraili məhv etmək üçün nefti bir aylıq kəsmək
Bizim dediyimiz bu neftin bir aylıq kəsilməsi məsələsi əsaslı bir məsələdir. Buna dayaz yanaşmaq olmaz. Əlbəttə, bir nümayişkarlıq məsələsi də deyil ki, bir hökumət təkcə dayanıb desin ki, mən öz neftimi kəsirəm. Bəlli deyil ki, necə kəsəcək, yaxud kəsməyəcək. Bu ciddi və həqiqi bir məsələdir və hamı buna qərar verməlidir.
Gəlib dedilər ki, nefti kəsmək onu kəsən ölkələrin zərərinədir; halbuki belə deyil. Bu səhv qənaətdir. Nefti kəsmək xalqların zərərinə deyil, onların xeyrinədir. İndinin özündə siz görürsünüz ki, neft qiymətinin qalxıb-düşməsində bir neçə gün qiymət 24-25 dollara çatır. Amma bir neçə gündən sonra 15-16 dollara düşür. Qiymətlərin qalxıb-düşməsindən xalqlar bu qədər zərər görürlər; çünki ixtiyar digərlərinin əlindədir. Nefti bir aylıq kəsməklə bu qərar qüvvəsi İslam xalqlarına keçəcək. İslam xalqları və hökumətləri göstərəcəklər ki, beynəlxalq diktatorluğun və yalnız süngüyə arxalanan hegemonçuların istəyinin əleyhinə hərəkət edə bilirlər. Bu işi görməlidirlər. Bu zəruridir.
Əlbəttə, bəzi hökumətlər yaxşı mövqe seçdilər. Suriya və Livan hökumətləri şücaətlə dayandılar; mövqeləri yaxşıdır. Lakin bütün ərəb hökumətləri, bütün İslam hökumətləri və nefti ixrac və istehsal edən bütün hökumətlər özlərinin bu tarixi vəzifələrinə əhəmiyyətli yanaşmalıdırlar. Tarix gələcəkdə bu təyinedici addımlar üçün mühakimələr yürüdəcək. Bu gün də xalqlar mühakimə yürüdürlər. Bu gün xalqlar bunun əsasında öz hökumətlərinə, onların doğruluğuna, qayğıkeşliyinə və paklığına qərar verirlər.
Mən düşünürəm ki, ərəb hökumətlərinin görə biləcəyi mühüm işlərdən biri neft ixrac edənlərin neftdən istifadə etməsidir. Qərblilərin dünyada neft silahından istifadə etməməyə dair ortaya atdıqları söz düzgün deyil. Neft xalqlarınkıdır və onların xeyrinə istifadə olunmalıdır. Amerikalılar buğdadan və qida məhsullarından silah kimi istifadə etdilər. Dünyanın çoxlu yerlərində edirlər. Nə üçün İslam və ərəb ölkələri bu haqqa malik olmasınlar?! Bir ay, təkcə bir ay simvolik formada İsraillə yaxşı münasibətləri olan bütün ölkələrə neft ixracını dayandırsınlar. Bu gün dünya öz hərəkəti (zavodların hərəkətini), işığı və enerjini (elektrik enerjisini) və hərarəti - həyatın üç əsas elementini bizim neftimizdən əldə edir. Əgər bizim neftimiz onların ixtiyarında olmasa, zavodların hərəkəti dayanacaq, işıq və hərarət olmayacaq. Məgər bu azdır?! Ərəb hökumətləri özlərinə görə bu işi görsünlər. Daimi demirik, bir ay simvolik formada Fələstin xalqına dəstək üçün bu işi görsünlər. Dünya tərpənəcək. Bu onların görə biləcəyi işlərdəndir.
Dostları ilə paylaş: |