İsrailin cinayəti və Qəzzədə Fələstin xalqının fədakar müqaviməti
Ötən il dünyanın və regionun mühüm məsələlərindən biri də sionizm rejiminin Qəzzəyə qarşı bütün dünyanın diqqətini cəlb edən hücumu idi. Bəziləri məsələyə İslam müqavimətinə və Fələstin məsələsinə qarşı köhnədən qalmış ədavətli və kinli baxışla yanaşdılar. Əsasən bir çox Qərb ölkələrinin siyasətçiləri bu qəbildən idilər. Bəziləri də məzlum Fələstin xalqına və Qəzzə əhalisinə tərəfdarlıq baxışı ilə məsələyə baxdılar. Lakin bu namərdcəsinə və zalım hücumun ardınca gələn nəticələr bütün dünya üçün heyrətləndirici idi. Müdafiəsiz Qəzzə əhalisi iyirmi iki gün müqavimət göstərdi və sionizm rejimi iyirmi iki gün bütün qüvvəsi ilə bu xalqa hücum etdi. Amma bu hadisənin sonu sionizm rejiminin uğursuzluğu ilə nəticələndi. Bu, dünya xalqı üçün zalım və hegemonçuların hegemonçuluğu və zülmü qarşısında xalqların müqavimət imkanına dair çox əhəmiyyətli bir təcrübədir.