Fələstini müdafiənin fiqhi əsası
Bu məsələnin İslam hökmü aydındır. Müsəlmanların heç birinin Fələstin məsələsinə dair hökm barəsində şühbəsi yoxdur. Bu, cihad mövzusunun araşdırıldığı bütün fiqh kitablarında göstərilməsinədir. Əgər kafirlər gəlib müsəlmanların şəhərini tutsalar, yaxud mühasirəyə salsalar, müsəlmanların qədim və yeni fəqihlərinin heç biri bu yerdə eyni cihadın vacib olmasına şübhə etməmişdir. Bütün İslam məzhəbləri bunda həmrəydirlər. İbtidai cihad yetərli vacibdir, lakin bu yerdən başqa. Müdafiənin ən aşkar nümunəsi olan müdafiə cihadı eyni vacibdir.
Belə aydın və əhəmiyyətli bir məsələyə bu gün İslam dünyasında ikinci dərəcəli bir məsələ kimi diqqət yetirilir. Əlbəttə, birinci günah müsəlmanların başçılarının boynuna düşür. Əgər müsəlmanların rəhbərləri və İslam ölkələrinin başçıları bir yerdə və ciddi şəkildə Fələstinin xilasına qərar versələr, bacararlar.
Dostları ilə paylaş: |