Oslo müzakirələri - birinci intifazənin məğlubiyyət amili
Bu intifazə bütün sülh yollarından ümidini üzüb, qələbənin yalnız özlərinin müqavimətində olduğunu dərk edən xalqın qiyamıdır. Fələstin xalqı özünün qabaqkı intifazəsində çoxlu ziyanlara uğradı, İslam yolunda və İslam torpağının azadlığı yolunda çoxlu şəhid və əlillər təqdim etdi. Amma nəhayət Oslo müzakirələri onu dayandırdı. Oslonun nəticəsi nə idi? Bu gün hətta Oslonun fələstinli tərəfləri və müdafiəçiləri də onu müdafiə etmirlər. Çünki əməli cəhətdən anladılar ki, İsrail yalnız öz problemini həll etmək istəyirdi. Yəni əlidaşlı mübarizlərlə qarşılaşmaqdan xilas olsun və özünə yönələn zərbələri azaltsın. Əgər fələstinli tərəfə azca nəsə verdisə və adını imtiyaz vermək qoydusa, yalnız intifazə alovunu söndürmək və özünün təhlükələrini azaltmaq üçün idi. Öz probleminin həll olunduğunu görən kimi və yanlış olaraq Fələstin xalqının daha intifazə, müqavimət və onlarla qarşılaşmaq işini yenidən başlamağa qadir olmadığını duyan kimi həmin az imtiyazları da dayandırdı və özünün zati istismarçılığını aşkara çıxardı. Oslo sazişinin və layihəsinin gediş prosesi Fələstin xalqını elə vəziyyətə saldı ki, qiyamdan başqa bir yolun olmadığını anladılar.