Bu gün düşmənlər İraqda, Fələstində, Livanda və İslam dünyasının bacardıqları hər bir nöqtəsində alov yandırır, müxtəlif məzhəb, millət, partiya və digər bəhanələrlə müsəlmanları bir-birinin qarşısında dayanmağa və qardaş qırğınına təhrik edirlər. Müsəlmanlar bu rəzil və təhlükəli məqsəddə onlara yardım etməməlidirlər.
Müqavimət - qələbənin yeganə yolu
Qeyd etdiyimiz kimi, bir tərəfdən bu qələbə (Hizbullahın otuz üç günlük müharibədəki qələbəsi) və bir tərəfdən məğlubiyyət böyük hadisə idi və ibrətləri vardı. Xalqlar - düşmənlər istəsə də, istəməsə də - bu ibrətlərdən istifadə edəcəklər. Yəni Fələstin xalqı, İraq xalqı, İran xalqı və digər xalqlar öz gözləri ilə gördülər ki, müqavimət və dirəniş yolu qələbənin yeganə yoludur, başqa bir yol yoxdur; müqavimət göstərən kiçik bir qrup olsa da, qarşı tərəfdəki qüvvə dünyanın birinci dərəcəli ordusu olsa və Amerika tərəfindən himayə olunsa da. Nə olsa, bu bir ilahi sirr və qanundur.
Müqavimət qələbə amilidir. Lakin müqavimət göstərənlər müqavimətin təhlükələrindən qorxmamalıdırlar. Əgər qorxsalar, müqavimətlərində nöqsan yaranacaq və qələbə əldə olunmayacaq. Bu, yolun ortasında qorxuya düşən əksər xalqların və qrupların təhlükəsidir. Əgər müqavimət göstərmək istəyən qrup, xalq və toplum həyatın ləzzətlərinin olmamasından, həyatın olmamasından və rahatlığın olmamasından qorxmasa, narahat olub təşvişə düşməsə və irəliləsə, şübhəsiz, müqavimət qələbəyə nail olacaq. Bu müqavimət imanla olduqda davam edəcək. Buna görə həmişə deyirik və demişik ki, müqavimətlə yanaşı olan imanın ardınca qələbə gəlir. Bizim məqsədimiz təkcə dini iman da deyil, burada söhbət hər hansı bir prinsipə inancdan gedir. Əlbəttə, əgər dini iman olsa, o zaman Allah-Taala təbiətin və tarixin bütün qanunlarını bu müqavimətçilərin xidmətində qoyacağına söz vermişdir: "Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə verərik." Bu, dünyanı istəyən şəxslərə aiddir; niyyətləri dünyadır, amma iradələri var, istəyirlər və Allah da verir. Din iradəsinə malik olan şəxs də belədir: "Onların və bunların hər birinə Rəbbinin nemətindən verərik". Bu, ilahi qanundur.
Dostları ilə paylaş: |