Bu günün ən mühüm məsələsi son yarım əsrdə həmişə İslam dünyasının və bəlkə də bəşəriyyətin ən mühüm məsələsi olan Fələstin məsələsidir. Burada söhbət bir xalqın əzablarından, didərginliyindən və məzlumluğundan gedir; söhbət bir ölkənin işğalından gedir; söhbət İslam ölkələrinin ürəyində, İslam dünyasının Şərq və Qərbinin bir-birinə qovuşduğu nöqtədə xərçəng vəzisinin yaradılmasından gedir; burada söhbət müsəlman Fələstin xalqının ardıcıl iki nəslini əhatə edən sürəkli zülmdən gedir. Bu gün Fələstin torpağında xalqa arxalanan qanlı İslam qiyamı vicdansız, insaniyyətdən uzaq və cinayətdən çəkinməyən işğalçılara həqiqi və ciddi təhlükəni xatırladır. Buna görə düşmənin üsulları həmişəkindən daha mürəkkəb və daha xəbərdaredicidir. Bütün dünyada olan müsəlmanlar məsələni həmişəkindən daha ciddi saymalı, onun üçün düşünməli və çalışmalıdırlar... Bu günün yeni xəbəri budur!