Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Qüds günü - haqqın batil qarşısında dirəniş simvolu



Yüklə 1,24 Mb.
səhifə236/376
tarix07.01.2022
ölçüsü1,24 Mb.
#84656
1   ...   232   233   234   235   236   237   238   239   ...   376

Qüds günü - haqqın batil qarşısında dirəniş simvolu


İkinci xütbədə deməyi özümə borc bildiyim birinci mətləb Qüds günündə dünyanın gözü qarşısında nümayiş etdirdiyi əzəmətə görə böyük İran xalqına təşəkkür və minnətdarlıq bildirməkdir. Bu illər boyunca haqqın batil qarşısında dirəniş simvolu olan Qüds gününü zəiflətmək üçün nə qədər çalışmışlar! Qüds günü haqq və batilin qarşıdurması, ədalətin zülm qarşısında dirənişinin göstəricisidir. Qüds günü təkcə Fələstin günü deyil, İslam ümmətinin günüdür, işğalçıların, müdaxiləçilərin və imperialist qüvvələrin təcavüzkar əli vasitəsi ilə İslam ümmətinin canına düşmüş öldürücü sionizm xərçəngi əleyhinə müsəlmanların uca fəryad günüdür. Qüds günü kiçik gün deyil. Qüds günü beynəlxalq bir gündür, onun beynəlxalq mesajı da var. O göstərir ki, İslam ümməti əvvəla zülmə boyun əyəməyəcək; bu zülm dünyanın ən böyük və ən qüdrətli dövlətlərinin dəstəyini qazansa da. Qüds gününü zəiflətmək üçün çox səy göstərdilər və bu il həmişəkindən daha artıq çalışdılar, amma İslam İranında və əzəmətli Tehranda keçirilən Qüds günü inqilabın və İran xalqının əqrəbinin hansı istiqamətə yönəldiyini, İran xalqının iradəsinin nə olduğunu bütün dünyaya göstərdi. Göstərdi ki, onların hiylələri, hoqqabazlıqları, pul xərcləmələri və siyasi xəbislikləri İran xalqının ruhiyyəsinə təsir göstərmir.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin