Fələstini sistemli himayə üçün İslam ölkə başçılarının məsuliyyəti
Mən burada deyim ki, bütün dünyada yaşayan müsəlman xalqlar bu gün işğal olunmuş məzlum Fələstin torpağında baş verən çox mühüm hadisəni könüldən sevirlər. İslam konfransının qətnaməsində nisbətən yaxşı sözlər deyilsə də - əlbəttə, onun mühüm bir hissəsi İran İslam Respublikasının bu məsələlərdə tamamilə açıq və qətiyyətli fikir bildirdiyinə və bəzi müsəlman ölkələrinin də İslam Respublikası şüarlarının ardınca hərəkət etdiyinə görədir - lakin bu sözlərin ardınca mütləq əməl olmalıdır. Müsəlman hökumətlər fələstinli mübarizlərə, Fələstin xalqına və Fələstin xiyabanlarında sionistlərin təzyiqinə məruz qalan şəxslərə qarşı məsuliyyət hissi keçirməli, onlara bacardıqları köməyi göstərməlidirlər. İran İslam Respublikası bu sahədə öz sözünü demişdir. Lakin o məzlum xalqa kömək etmək üçün müxtəlif İslam və ərəb ölkələri tərəfindən sistemli əməl lazımdır. Fələstinin bugünkü hadisələri hegemonluğun - yəni İran xalqının düşməninin zəifliyinin əlamətlərindən biridir.