Müsəlmanların maddi və mənəvi sərvətlərindən istifadə etməməsi - düşmənlərin istismarçılığının səbəbkarı
Əgər İslam ümməti öz neftindən, öz insani resurslarından, öz bazarlarından, öz elmindən, özünün müxtəlif maddi və mənəvi ehtiyatlarından yaxşı istifadə etsə, dünya güclüləri və istismarçılar bu şəkildə ona hegemonluq edə bilməzlər. Siz görün Fələstin xalqı barəsində hegemonluq dünyasının zorakılığı nə qədər rüsvayçı və aydındır!
Bir xalq öz torpağında işğalçılara məğlub olub; özü də onların vasitəsi ilə törədilən bu faciələrlə: insan hüquqları tapdanır, insanların canı məhv olur, insanlardan bu torpaqda yaşamaq imkanı alınır, evləri uçurulur, tarlaları məhv edilir, ticarətləri bağlanır, istedadları boğulur, onlara inkişaf və tərəqqi imkanı yaradılmır, bunların gənclərini, kişilərini və qadınlarını daim qətlə yetirirlər və hegemonluq dünyasının bəziləri açıq şəkildə bunları dəstəkləyir, bəziləri həvəsləndirir də. İslam dünyası da tamaşaçı olub; guya bitərəf tamaşaçı. Bu, İslam dünyası üçün böyük dərddir. Səbəb İslam dünyasının bu zəifliyi və təfriqəsidir. İnanmalıyıq ki, bizim qüdrətimiz müsəlmanların bu əzəmətli cəmiyyətinə və bu böyük İslam ümmətinin qəlbinə qədər uzanır. Buna inanmalıyıq. Bizi bir-birimizin canına salıb müxtəlif adlarla başımızı qarışdırırlar. Bizi bir-birimizə bədbin edirlər, məzhəb davası salırlar, milli qarşıdurma yaradırlar, ərazi iddiası yaradırlar. Bizi bir-birimizlə məşğul edirlər. Bizim parçalanmağımızdan sui-istifadə edirlər. Bu gün bizim ən böyük müsibətmiz və ən böyük bəlamız budur.
Dostları ilə paylaş: |