Düşmənin təbliğat müharibəsi ilə mübarizədə ziyalıların vəzifəsi
Məyis etmək, kimliyin təhqiri, özünün qüdrətini və maddi imkanlarını gözə soxmaq... Müsəlmanları parlaq gələcəyə ümidsiz etmək, yaxud onları özlərinin çirkin niyyətlərinə uyğun gələcəyə həvəsləndirmək üçün bu gün və gələcəkdə minlərlə təbliğat vasitəsi işə salınıb və salınacaq.
Bu mədəni və psixoloji müharibə müstəmləkəçilik dövrünün başlanmasından indiyədək Qərbin İslam ölkələrini istismar etməkdə ən işlək vasitəsi olmuşdur. Bu zəhərli oxun hədəfi əvvəlcə görkəmli şəxsiyyətlər və ziyalılar, sonra isə adi kütlələr olmuşdur. Bu hiyləyə qarşı mübarizə yalnız Qərbin amiranə və məcburi mədəniyyətindən üz çevirməklə mümkündür. Qərb mədəniyyəti görkəmli şəxsiyyətlər və ziyalılar vasitəsi ilə ələkdən keçirilməlidir; onun faydalı tərəfləri cəlb olunmalı, ziyanlı, dağıdıcı və fəsadlı hissələri İslam cəmiyyətlərinin zehnindən və əməlindən çıxarılmalıdır. Bu böyük seçimdə meyar İslam mədəniyyətinin, Quran və sünnənin səmərəli, yol açan və hidayət edən düşüncələrinin hakimliyidir. Bu, bütün İslam dünyasında din alimlərinin, ziyalıların və siyasi şəxsiyyətlərin öhdəsinə düşən hərtərəfli və xoş sonuclu mübarizənin əsas bir fəslidir. Ümidvaram ki, bu il həcc, bu faydalı və fəxrli yolu getməkdə hamının iradəsini möhkəm və güclü etsin.
Dostları ilə paylaş: |