Azadlıq karvanına hücum cinayəti və Qərbin müdafiəsi
Sionizm rejiminin yardım və humanist dəniz karvanına cinayətkar və rəhmsiz hücumu o quldur və xəbis hökumətin öz mənfur həyatının yeddinci onilliyini bürüyən böyük cinayətlər silsiləsinin başqa bir halqasıdır. Bu, müsəlmanların onillərdir bu regionda, xüsusən də məzlum Fələstin torpaqlarında əlbəyaxa olduqları həyasız və rəhmsiz rəftarından bir nümunədir. Bu dəfə bu karvan İslam, yaxud ərəb karvanı deyildi, bütün dünyanın ümumi rəyinin və bəşəri vicdanların nümayəndəsi idi. Bu cinayətkar hücum hamı üçün sübut etməlidir ki, sionizm faşizmin yeni və daha qəddar formasıdır və bu dəfə azadlıq və insan hüquqlarını iddia edən dövlətlər, hamısından da çox Amerika Birləşmiş Ştatları tərəfindən müdafiə olunur və yardım alır.
Bu instinktiv caniləri siyasi, media, hərbi və iqtisadi cəhətdən himayə edib həmişə onların törətdikləri faciələrin arxasında dayanan Amerika, İngiltərə, Fransa və digər Avropa ölkələri ciddi şəkildə cavab verməlidirlər. Bütün dünyada olan vicdanlı şəxslər ciddi şəkildə düşünməlidirlər ki, bu gün bəşəriyyət həssas Orta Şərq regionunda təhlükəli bir fenomenlə üz-üzə qalmışdır. Necə qaniçən, həyasız və dəli bir rejim bu gün işğal olunmuş Fələstin ölkəsinə və onun məzlum və müsibət görmüş xalqına hökm edir! Qəzzədə bir milyon yarım qadının, kişinin və uşağın ərzaq, dərman və həyat blokadası nə deməkdir? Qəzzədə və qərb sahillərində gənclərin gündəlik qətli, həbsi və işgəncəsi necə başadüşüləndir?
Dostları ilə paylaş: |