Deməli, aydın oldu ki, nasionalizm və millətçilik böyük problemləri həll edə bilməz. Bu məsələləri İslam həll etməlidir və Allahın lütfü ilə həll edəcək. Müsəlman xalq İslam ölkələrinin hər bir yerində vardır, İslam qeyrəti və İslam qayğıkeşliyi vardır. Məgər bunlar bu asanlıqla əl çəkəcəklər?! Bir nəfər gedib imzalamışdır; qələt eləyib imzalamışdır. Onun imzalamağa nə haqqı var?!
Fələstin xalqı da əl çəkməyəcək. Əlbəttə, bu dönəm mühüm bir dönəmdir. Bu böyük bir təxribatdır. İslam dünyasının hər bir yerində qayğıkeş adamlar öncəkindən daha ehtiyatlı olmaılıdırlar. Burada da belədir. Düşmən bir səngəri fəth etmiş və irəliləmişdir, lakin bu, yekun fəthi deyil; bu, həqiqi zəfər deyil. Cavabını alacaq. İslam dünyası əks-hücuma keçməlidir. İslam dünyasının hər bir yerində gənclər, ziyalılar, alimlər, xüsusən də din alimləri məsuliyyət hiss etməlidirlər.
Mən inqilabın əvvəlində buraya gəlmiş fələstinli liderlərin birinə dedim ki, siz nə üçün İslam şüarını irəli sürmürsünüz. Əbəs üzrlər gətirdi. Bunu etmək istəmirdilər, qəlbləri İslama inanmırdı. Bu gün 12-13 ildən artıqdır ki, müsəlman Fələstin xalqı İslam adı ilə və İslam şüarı ilə meydana qoşulmuşdur. Düşmən məsələnin nə olduğunu cəld anladı. Öncəki onillikdə Fələstində intifazə başlayanda düşmənlər - yəni sionistlər və onların amerikalı dostları hamıdan öncə təhlükə hiss etdilər. Gördülər ki, bunu məhv etməlidirlər; çünki İslamın adı ilədir. Çıxış yolu axtardılar, lakin buna qadir deyillər. Çünki xaraktercə hegemonçudurlar.
Dostları ilə paylaş: |