Şübhə etməməliyik ki, bu günlər Fələstin üçün taleyüklü günlərdir. Əlbəttə, Fələstin bizim tariximiz boyunca İslamın və düşmənlərinin vuruş səhnəsi olmuşdur. Son yüz ildə - xüsusən də son əlli ildə bu yer İslam düşmənləri ilə mübarizənin ön xətti olmuşdur. Fələstini həqiqətən mütəmadi əsrlərdə İslam tarixinin mühüm hadisələrinin tablosu bilmək olar. Lakin bu gün Fələstində baş verənlər hadisənin cəhətlərinə görə təxminən müstəsnadır. Əvvəla bu gün Fələstin xalqına edilən təzyiqlər bənzərsizdir. İkincisi isə bu gün Fələstin xalqının etdiyi fədakarlıqlar və mübarizələr bənzərsizdir. Biz heç zaman Fələstin xalqını belə ciddi şəkildə cismi, canı, malı, övladı və əzizləri ilə səhnədə müşahidə etməmişik. Bu xüsusiyyət bu mübarək intifazəyə məxsusdur.