Mənim əzizlərim! İran xalqı Qurana yaxınlaşdığı qədər izzətə də yaxınlaşmışdır, xilasa da yaxınlaşmışdır, qurtuluşa da yaxınlaşmışdır, qələbəyə də yaxınlaşmışdır. Dünyanın bütün xalqlarının xilas yolu İslama və Qurana yaxınlaşmaqdır. Fələstinin xilas yolu da budur. Siz baxın, əlli ildir Fələstin ölkəsində işğalçı bir hökumət təşkil olunmuşdur. Bu müddət ərzində mübarizələr baş verdi, lakin sona çatmadı. Nə üçün? Çünki bu mübarizələrdə Allahın dini, İslam inancı və Quran hökmü meyar deyildi. Bu gün Fələstin xalqı İslam adı ilə düşmən əleyhinə mübarizə aparır və bu mübarizə düşmənin sütunlarını sarsıdacaq.