Fələstinli mücahidlərə qələbə müjdəsi
Mücahid Fələstin xalqı, Qəzzə əhalisi və Qəzzənin xalq tərəfindən seçilən hökuməti bilsin ki, onların xəbis düşməni indi həmişəkindən daha zəif və daha təhlükədədir. Bazar ertəsi gününün dəniz cinayəti güc nişanəsi yox, işğalçı rejimin acizliyinin və gərginliyinin əlamətidir. Allahın qanunu budur ki, zalımlar özlərinin rüsvayçı dövrlərinin sonlarında öz əlləri ilə özlərinin qəti məhv talelərini yaxınlaşdırırlar. Öncəki illərdə Livana və ondan sonra Qəzzəyə hücum sözügedən dəlicəsinə hərəkətlərdən idi və taxtlarda oturmuş sionist terrorçularını son süqut dərəsinə yaxınlaşdırdı. Aralıq dənizinin sularında beynəlxalq yardım karvanına hücum da bu qəbildən olan digər bir axmaq hərəkətdir.
Fələstinli qardaşlar və bacılar! Hikmətli və qüdrətli Allaha etimad edin. Öz gücünüzə inanın və onu artırın. Son qələbəyə əmin olun və bilin ki: "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən Allah yenilməz qüvvət, qüdrət sahibidir!"
Dostları ilə paylaş: |