Biz inanırıq ki, müsəlman xalqlar dünyanın harasında olsalar, əgər İslam və ona kömək üçün müqavimətə qərarlı olsalar, qalib olacaqlar. Əsas məsələ budur ki, müsəlmanlar dünyanın hansı nöqtəsində olsalar, ədaləti müdafiə etməyə, ədalətdən deməyə, zülmün qarşısında dayanmağa, İslamı - məzlum və zəiflərin tərəfdarı olan İslamı müdafiə etməyə qərar versinlər. Hər yerə hakim olan dünya güclüləri özləri güclərini əfsanəvi göstərmişlər. Onların real gücləri göstərdikləri ilə çox fərqlidir. Əgər Amerika iddia və təlqin etdiyi qüdrətə malik olsaydı, bu gün Fələstin mübarizələrindən əsər-əlamət görünməzdir. Lakin görürsünüz ki, Fələstin xalqının mübarizələri günbəgün irəliləyir. Qışın bu soyuğunda özlərinin ev və yuvalarından qovulmuş fələstinlilər işğalçı sionizm rejimi üçün ən böyük problemi yaratmışlar. Bunlar güclüdürlər və qalib olacaqlar; bu şərtlə ki, dözsünlər. İşğalçı və xəbis israillilər bu əməllə böyük səhvə düçar olmuş və özlərini çoxçəhətli problemə salmışlar. Bu gün hansı tərəfdən hərəkət etsələr, məğlub olacaq və vurulacaqlar. Bu gün nə iş görsələr, məğlubiyyətlə üzləşəcək. Əgər fələstinliləri qaytarsalar, məğlub olmuşlar, saxlasalar, məğlub olmuşlar, edam etsələr, məğlub olmuşlar, həbsə salsalar, məğlub olmuşlar. Əlbəttə, şərti budur ki, fələstinli mübarizlər yorulmasınlar, müqavimət göstərsinlər, dayansınlar və öz sözlərindən dönməsinlər. Düşmən zəifdir. Xalqlarla mübarizə aparan bütün düşmənlər zəifdirlər.