İmam Xomeyni hərəkatı Fələstin məsələsinə yeni ruh üfürdü və həmişə fədakar cihadla birgə olan İslam inancı dayağını onun üçün yenidən yaratdı. Kemp Deyvid müqaviləsindən sonra Amerikanın Orta Şərq siyasətləri Fələstin məsələsinə və Fələstin xalqına zərərli tale yazmışdı. Bu, axırda Oslo müqaviləsi və onun acı nəticələri ilə sonuclanan siyasət idi. Bu siyasətlərdə cihad və müqavimət ruhiyyəsinin məhvi və Fələstin xalqının tədricən regionun bütün qaydalarından silinməsi və o xalqın özünün iradəsinə və zati qüvvəsinə arxalanmasının yerinə puç ümidlərə güvənməsi nəzərdə tutulmuşdu. Yenidən Fələstin xalqının mübarizələrinə qarışan İslam imanı və Allah yolunda cihad ruhiyyəsi hegemonçu siyasətlərin və xain maraqların inkişafı qarşısında ən böyük maneəni vücuda gətirdi. Bu gün Fələstin xalqı həmin ruhiyyənin və marağın sayəsində bütün varlığı ilə səhnədədir, özünün iradəsi, əzmkarlığı və fədakarlığı ilə Fələstinin düşmənləri və hətta dostları üçün təsəvvür olunmayan gələcəyin əsasını qoyur.