Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Fələstini müdafiəyə görə təcrid olunmaqdan qorxmamaq



Yüklə 1,24 Mb.
səhifə55/376
tarix07.01.2022
ölçüsü1,24 Mb.
#84656
1   ...   51   52   53   54   55   56   57   58   ...   376

Fələstini müdafiəyə görə təcrid olunmaqdan qorxmamaq


45 il öncə bir zülm baş vermişdir: Fələstin xalqının evi onlardan zorla alınmışdır. Bu ev tam şəkildə və heç bir qeyd-şərt olmadan Fələstin xalqına qaytarılmalıdır. İslam hökumətinin xüsusiyyəti budur ki, süni ajiotajla geri çəkilmir. Dayanmadan deyirlər ki, ağa, təcrid olarsınız. Təcrid olmaq nə deməkdir? Əgər dünyanın həyasız qüvvələri qalmaqal, hay-küy və səs-səda yaratmaqla gəlib nahaqqı haqq etmək istəsələr, biz də digərləri kimi razılaşıb deməliyik ki, düzgün buyurursunuz? Bəs İslam hökumətinin mənası nədir?

Bəli, məlumdur ki, batildən və qanunsuz zorakılıqdan başqa heç bir şeyə önəm verməyən şəxslər arasında insan təcrid olunacaq: “Kafir olanlar səni gördükləri zaman ancaq istehza edərlər“. Məlumdur! Məgər Peyğəmbər (s) dəvətini başlayanda təcrid olunmadı?! Məgər bizim Böyük İmamımız tağut hakimiyyəti dövründə öz evində qərib və təcrid halında deyildi?! Təcrid olmaq nədir? İslam hökumətinin haqq olanı demək, Amerikadan və dünyada əlbir olan güclərdən qorxmamaq comərdliyi və rəşadəti var. Bizimlə zəif və asılı bir ölkənin fərqi budur. Xalqlarına bağlanmayan hökumətlər qorxurlar. Onlar da əgər xalqlarına bağlansaydılar, öz daxillərində olanı deməyə cürət tapardılar. Biz xalqımıza bağlanmışıq, dayaqsız və köməksiz bir hökumət deyilik. Bir pərdə kimi deyilik ki, onu bir tərəfə çəksinlər və arxasında heç bir şey olmasın. Dayağımız çox güclüdür. Bizim dayağımız əzəmətli bir xalqdır, 50 milyondan artıq olan mömin bir xalqdır. Bizim dayağımız bizə və bizim ruhumuza hakim olan məntiq və əsaslardır.

Biz zülmə təslim olmarıq, Amerikanın və onunla əlbir olan qüvvələrin həyasız hegemonluqlarına və yekəxanalıqlarına təslim olmarıq. Quran bizə öyrətmişdir ki, haqq sözü qüdrətlə deyək, onun üstündə duraq, israr edək və onun üçün qüvvələrimizi toplayaq. Allah-Taala da təsirli edəcək və yardım göstərəcək. Necə ki, İran xalqının bu 15 illik qəhrəmanlıq dövründəki taleyimiz bunu isbat edir.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin