Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1,24 Mb.
səhifə97/376
tarix07.01.2022
ölçüsü1,24 Mb.
#84656
1   ...   93   94   95   96   97   98   99   100   ...   376

İsrailin cinayəti


Bu torpağın işğalının ildönümü düşmənlərin Fələstin xalqına qarşı ədavət və kinlərini artırmalarına səbəb olmuşdur. Fələstinə hakim olan sionistlərdən gözlənti yoxdur. Onlar gəldikləri zamandan bu cinayətləri və zorakılıqları başlatdılar, bu günə qədər də davam etdirdilər. Nə qədər ki, oradadırlar, onların varlığı şər və fəsaddan başqa bir şey yaratmayacaq.

Sionizm dövləti - palcığa batmış və işdə aciz


Əlbəttə, bu işlər sionistlərin düyününü açmayacaq; bu da məlum olsun. Bu gün sionizm dövləti elə palçığa batmış və aciz qalmışdır ki, nə iş gördüyünü bilmir. İşğalın, zülmün və zorakılığın aqibəti yaxşı olmur. Bu məsələlər işğalçı sionizm dövləti üçün qarşıya çıxmalı idi, daha pis günlər isə qabaqdadır. Onları qəzəbləndirən amil bu intifazədir. Sionistlərin, Amerikanın və onların siyasətlərinin bütün zəhmətləri, səyləri, əlaqələri, vurnuxmaları intifazəni yatırda bilmələri üçündür. İntifazə nədir? Yəni bir xalqın öz hüquqları uğrunda qiyamı. Elə bir xalq ki, torpağını tutublar, evini tutublar, mallarını alıblar, tarlalarını alıblar, onu təhqir ediblər, öz ölkəsi daxilində onunla başıqapazlı bir azlıq kimi rəftar edirlər. Bu xalq bir müddət səhlənkarlıq etmişdi, amma bu gün gəncləri meydana daxil olmuşlar. Bu gənclər mübarizə meydanında cürətlənmişlər, başdan-ayağa silahlı bir orduya qarşı daşla mübarizəyə qalxmışlar və eyni zamanda onları aciz etmişlər. Sionizm rejimi Əqsa məscidi intifazəsinin başladığı son bir il və bir neçə ayda həqiqətən aciz qalmışdır. Onların bütün səyi bu müqəddəs şöləni və haqlı qiyamı yatırtmağa yönəlmişdir. Bunun üçün xalqa təzyiq göstərirlər. Bu bir neçə gündə yazıq Fələstin xalqına və uşaq məktəblərinə müxtəlif qisimli hücumlar etmişlər.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   376




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin