Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında



Yüklə 1.24 Mb.
səhifə1/81
tarix30.06.2018
ölçüsü1.24 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   81


Fələstİn

İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Tərtib edən: Səid Sələh Mirzai



Kitаbın аdı:........................................Fələstin

Tərtib edən:.......................Səid Sələh Mirzai

Tərcümə edən:.................Vüsal Hüseynzadə

Çаp tаriхi:...............................................2017

Çаp növbәsi:........................................Birinci

Tirаj:.......................................................1000

Издательство «Свет»

Типография «Махаон», 2017
ISBN 2-16-000618-7

Giriş

İkinci Qüds günündən bir xatirə

Qüds günü - İslam, insaniyyət, inqilab və imam günü


Bu gün Böyük və Ümumdünya Qüds Günüdür; dünya müsəlmanlarının amallarının bir sözdə və bir cümlədə cəm olduğu gündür; bütün xalq və ölkələrdən olan bütün müsəlman sıralarının birliyi günüdür; İslam günüdür; insaniyyət günüdür; inqilab günüdür və bizim imamımızın günüdür!

Qüds gününün Allahın digər günlərindən üstünlüyü


İran xalqının zəfərli inqilabından sonra biz İran camaatının çoxlu xatirəli günlərimiz olmuşdur: 22 bəhmən (11 fevral), 15 xordad (5 iyun), 17 şəhrivər (8 sentyabr), 12 fərvərdin (1 aprel) və digər günlər. Lakin bütün bu xatirəli günlərin arasında Qüds günü iki cəhətdən üstünlüyə malikdir. Əvvəl ona görə ki, digər günlər İran xalqına aiddirsə, Qüds günü İran xalqına və bütün müsəlman xalqlara aiddir. Qüds günündə bütün müsəlman xalqlar, hətta dünyanın bütün məzlum xalqları İran xalqı ilə birlik və həmdərdlik hiss edirlər. İran xalqı Qüds günü macərasında və Fələstin məsələsində qabaqcıl kimi fədakarlığa hazırdır. Digər xalqlar da bu inqilabçı xalqla çiyin-çiyinə və bizim təcrübələrimizdən istifadə edərək işğal olunmuş Fələstin torpaqlarını azad etməyə sarı bizimlə birgə addım-addım irəliləməlidirlər.

Qüds gününün ikinci üstünlüyü budur ki, digər günlər keçmiş fədakarlıqların və qələbələrin xatirə günüdür, Qüds günü isə gələcək fədakarlıqlara və qələbələrə qərar vermək və səy göstərmək günüdür. Əgər digər günlərdə və digər xatirələrdə bizim xalqımız keçmişi xatırlayırsa, Qüds günündə gələcəyi yada salıb özündə maraq, iradə və qərar toplayır, hərəkətə gəlir və gələcəyə yol açır.


Qüds günü - amerikalı hegemonçuların və sionist muzdurlarının belini qırmaq günü


Biz bu gün Qüds məsələsi barədə aydın bir baxışa və qətiyyətli bir qərara malik olmalıyıq. Qardaşlar və bacılar! Bu çox əzəmətli və əhəmiyyətli məsələdir. Qüds və Qüds günü məsələsi və Fələstin hadisəsi dünya məzlumlarının iman ruhundan ilham alıb Böyük Allaha təvəkkül etməklə dünyanın böyük hegemonçularının və ilk növbədə Amerika imperializminin və sionist muzdurlarının belini qırmalı və əzməli olduğu nöqtədən ibarətdir.

Qüds məsələsi bizim xalqımız və böyük müsəlman ümmətinin hamısı üçün taleyüklü bir məsələdir. İran inqilabı əgər bu sərhədlərin daxilində qələbəyə çatdısa, bu o demək deyil ki, biz qane olub son qələbəni əldə etdiyimizi düşünək. Nə qədər ki, İslam və ərəb torpaqlarının ürəyində işğalçı İsrail dövləti adlı bu üfunətli yara və çirkin vəzi mövcuddur, biz qələbə çaldığımızı hiss edə bilmərik. Biz qulağımızın dibində özümüzün qəsb edilmiş və işğal olunmuş torpaqlarımızda öz düşmənimizi görə bilmərik.


Fələstinin gələcəyi


Bəs gələcək necədir? Fələstinin və Qüdsün gələcəyi necədir? Mən bu barədə sizə bir qədər məlumat verim. İran xalqı bilsin ki, bu regionda məğlubedilməz bir tilsimi sındırdı; yəni Orta Şərq regionunda və hətta bütün Asiyada ən böyük və möhkəm qalanı - imperializmin böyük və güclü qalasını, yəni zalım Pəhləvi hökumətini məhv edə bildi. Əfsanəvi bir qüdrət formasına düşmüş ikinci tilsimi də bizim inqilabımız sındırıb məhv edəcək.

İlahi vədə - Bəni-İsrailin ikinci məğlubiyyəti


Bunu Allahın vədəsindən öyrənməliyik. Allah-Taala Bəni-İsrail surəsində onlara müraciətlə buyurur: “Siz yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və çox dikbaşlıq edəcəksiniz!“ Ey İsrail övladları, siz tarixdə iki gün və iki dəfə fəsad yaradacaq, yer üzündə böyüklük vücuda gətirəcək, təkəbbürlülük və hegemonluq edəcəksiniz. Lakin hər ikisində Allah bəndələrindən və Allah qoşunlarından bir qrupu peyda olub sizi fəsadınızın, təkəbbürlülüyünüzün və hegemonluğunuzun cəzasına çatdıracaq. Və bu, tarixin həmişəyaşar hadisəsidir.

Düzgünlüklə, haqq, həqiqət və ədalət silahı ilə tarixin qanunlarının təbii yolunu keçməyə hazır olan bir ümmətə Allah kömək edəcək. Lakin hər hansı bir xalq fəsad etsə, məzlumlara zülm etsə və insani dəyərləri görməzdən gəlsə, o xalq məhvə məhkumdur.


Fələstin məsələsi sırf ərəb, yaxud İslam məsələsi yox, bir insaniyyət məsələdir!


Bu gün dünyada nə baş verir?! Bu gün sionistlər ərəb regionunda hansı işlərlə və hansı əməllərlə məşğuldurlar?! Ürəkləri fələstinli qardaşlarının xatirəsi ilə döyünən müsəlman qardaşlar və bacılar, bölgəyə ötəri bir nəzər yetirin. Qaçqın adama hər bir azad insanın rəhmi gəlir. Bu gün bir xalq – Fələstin adlı bir xalq qaçqındır, öz evindən didərgin düşmüşdür, öz vətənindən və ölkəsindən didərgin düşmüşdür.

Bu məhrum və məzlum uşaqlar çadırların altında, düşərgələrdə doğulurlar. Onların qarşısında özünün həqiqi vəzifələrinə əməl etməyən iddialı hökumətlərin və xalqların köməyi ilə bu uşaq böyüyür. Çadır altında silah öyrənir, çadır altında dərs oxuyur, düşərgədə yaşayır. İki-üç milyonluq bir xalqı evindən, yuvasından, şəhərindən, ibadət ocağından, məscidindən, özünün hər şeyindən və həyatından məhrum etmək, onları yad ölkələrə qovmaq bəşər tarixinin ən böyük faciəsidir. Məhz buna görə biz düşünürük ki, Fələstin məsələsi sırf ərəb və hətta sırf İslam məsələsi deyil. Bu, çox əhəmiyyətli olan bir insaniyyət məsələdir.


Sionistlərin misilsiz cinayətləri


Bu gün xain sionist rəhbərlərin, hal-hazırda işğalçı İsrail dövlətinin başında duran xain Beginin bu faşist və cinayətkar dövlətdə gördüyü və icra etdiyi faşizmin növü dünyada misilsizdir. Siz görün Deyr-Yasində nə etdilər, İsrail həbsxanalarında nə etdilər! Müsəlman gəncləri tutub zindanlara apardılar, onlara işgəncə verdilər. Hətta şprislə müsəlman gənclərin qanını çəkib israilli muzdur ünsürlərin qan saxlanılan yerlərində qeyd etdilər. Siz görün Fələstin xalqının sərvətləri ilə nə etdilər, onların kişilərinə, qadınlarına və gənclərinə hansı faciəni yaşatdılar, müsəlman dövlətlərlə nə etdilər!


Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə