Fələstinin güzəştə getməli olmaması
Fələstin məsələsində bizim mövqeyimiz aydındır. Biz Fələstin xalqının tərəfdarıyıq. Biz Fələstinin azadlığının tərəfdarıyıq. Biz Fələstin torpaqlarına təcavüz edənlərin əlinin kəsilməsinin tərəfdarıyıq. Biz deyirik ki, Fələstin xalqının öz evində təhlükəsizliyi yoxdur. İslam bu vəziyyəti rədd edir. Odur ki, biz də rədd edirik; digər ölkələr müzakirə stolu arxasında oturub xam xəyalla Fələstini düşmənə satsalar da. Lakin bilsinlər ki, müsəlman xalqlar və Fələstin xalqı Fələstini heç zaman düşmənə satmayacaq.
İranın müqəddəs müdafiəsi - Fələstinin örnəyi
Sizin istər müqəddəs müdafiə dövründə, istərsə də bu ölkənin digər böyük sınaqlarındakı müqavimətiniz bizim zamanımızda bu fəzilətləri qeyd etdi. Bizim zamanımız yaxın rabitələr zamanıdır. Lakin bu yaxın rabitələr həmişə şeytanın və şeytanlıqların xeyrinə olmur, mənəviyyatların və əsilliklərin də xeyrinə olur. Dünya xalqı sizdən çox şey öyrənmişdir. Fələstində öz övladını öpüb döyüşə yollayan ana bir nümunədir. Fələstinin uzun illər qadını, kişisi, qocası və gənci vardı. Lakin zəifliklər səbəbindən və mənəvi qarşılaşmada ağıl qoşunlarının cəhalət qoşunlarına qalib ola bilməməsinə görə Fələstin xarlığa düçar oldu, bu vəziyyətə düşdü və düşmənlər ona hakim oldular. Lakin bu gün Fələstinin vəziyyəti ayrı cürdür. Bu gün Fələstin ayağa qalxmışdır. Bu gün Fələstin xalqı - qadın və kişi öz daxilindəki mənəvi qarşıdurmada mənəviyyat tərəfini gücləndirib qalib etməyi bacarmışdır. Və bu xalq qələbə çalacaqdır.
İslam inqilabının və Livan hizbullahının qələbəsi - intifazənin formalaşmasının amillərindən biri
İranda əziz Peyğəmbər (s) nəslindən olan alim kişinin – yəni İmam Xomeyninin rəhbərliyi ilə İslam inqilabının qələbəsi bütün dünyada, xüsusən də region ölkələrində İslam oyanışında əsas rola malik idi. Livanın cənubunda müsəlmanların İslam düşmənləri ilə zahirən qeyri-bərabər döyüşdə qələbəsi İslam mübarizələrinin düzgünlüyünə və doğruluğuna başqa bir əlamət və müsəlmanların Allahın vədəsinə etimad edib Allah üçün cihad etdikləri təqdirdə qələbənin qaçılmaz olmasına bir təkiddir.
Şübhəsiz, Livanın cənubunda İslam müqavimətinin heyrətamiz qələbəsi bir tərəfdən, sülh layihələrinin rüsvayçı uğursuzluğu digər tərəfdən, regionun əsas ibrətlərindəndir. Bu, müsəlman Fələstin xalqının yenidən intifazəyə üz tutmasına səbəb olmuşdur. Lakin bu dəfə daha Fələstin, yaxud bölgə daxilində saziş nəğmələri dözümlü, şücaətli və möhkəm fələstinlilərə təsir göstərməyəcək. Onlar öz mübarizələrini qələbəyə qədər davam etdirməkdə israrlıdırlar.
İsraillə düşmən olduğuna görə İran əleyhinə təbliğat
Sionistlər və işğalçı İsrail dövləti Amerikanın alətidirlər. Amerika bu işğalçı dövləti ümumiyyətlə öz işlərini görmək üçün Orta Şərqə qoymuşdur. Onlara bağlı olan xəbər agentlikləri və kütləvi informasiya vasitələri inqilabın ilk günündən indiyədək iri həcm və yüksək keyfiyyətlə İslam Respublikası əleyhinə təbliğat aparmış, ağızlarına gələni demişlər və deyirlər. Misal üçün, dünyada bəzilərinin doğrudan da inanmaları mümkün olan insan hüquqlarının tapdanması məsələsi onların qondarmalarındandır.
Deyirlər ki, İranda insan hüquqları tapdanır. Biz sübut edilməsini və misal göstərilməsini istədikdə bir siyahı verib deyirlər ki, siz bunları edam etmisiniz. Bunlar kimlərdir? Heroin və morfi qaçaqçıları; yəni elə məhkumlar ki, onlar üçün bir dəfə edam azdır. Əgər mümkün olsaydı, daha artıq edam etmək lazım idi. Məgər bu, insan hüquqlarının pozulmasıdır. Deyirlər ki, İran terrorçudur. İranın hansı dəlilə əsasən terrorçu olduğunu və terrorizmi yaydığını soruşduqda deyirlər ki, görün Fələstin və Livanda xalq nə edir. Bunun İrana nə aidiyyyəti var? Əlbəttə, bunda şübhə yoxdur ki, Fələstin və Livanda bir qrup insan oyanmış və İslam inqilabından ilham almışlar. Onlar deyirlər ki, siz nə üçün işğalçı İsraili, vətənsiz sionistləri və qondarma İsrail dövlətini gətirib Livana və Fələstinə hakim etmisiniz. Bu məsələnin İrana nə dəxli var? Əgər insanlar vətənlərini müdafiə etsələr, bu terrorizmdir və necə deyərlər, bu terrorizmi İran ixrac etmişdir?!
İslam Respublikasının günahı: haqqa təfədarlıq
İslam Respublikasının günahı bu sözü deməsidir. İslam Respublikası Amerikanın qorxusundan, yaxud tamahlandırmasından bu haqq sözü gizlədən digər dövlətlərin əksinə olaraq, bu sözü açıq şəkildə deyir; deyir ki, haqq haqdır, batil batildir. Biz Fələstin xalqının olduğunu, amma bu gün didərgin salındığını inkar edə bilmərik. İnkar edə bilmərik ki, Fələstin torpağı Fələstin xalqından qəsb edilmişdir; özü də zahirən nəzakətli bir üsulla yox, qətllə, adam öldürməklə, hiylə ilə, yalanla, zorakılıqla, qəddarlıqla və qətliamla. İsrail dövləti qətliamla, hiylə ilə, qaniçənliklə və insani dəyərlərə təpik atmaqla vücuda gəldi. Bir xalqın hüquqları işğal olunmuş Fələstinə daxil olan sionist mühacirlərin qarşısında qurban kəsildi. Bu qondarma dövlətin ömründən ötən 50 ilə yaxın müddətdə həmişə əzmək, insan öldürmək, yalan, hiylə, insanlara və günahsızlara təcavüz və hücum onun həyatının amili olmuşdur.
Biz bu həqiqətləri deyirik. Biz bu həqiqətləri gizlətmirik. Biz Amerikanın xoşunun gəlməsindən ötrü bu dünyada belə ən aydın həqiqətləri gizlətməyi günah bilmişik. Dünya miqyasında çoxlu şəxsiyyətlər - bizimlə ticarət, yaxud siyasət əlaqələri olanlar məxfi şəkildə bizim məmurlarımıza və şəxsiyyətlərimizə deyirlər ki, Amerikanın sizinlə düşmənliyinin səbəbi bu Orta Şərq məsələsindən və İsrail hadisəsindən ibrətdir. Deyirlər ki, siz nə üçün qarşı çıxırsınız. Açıq şəkildə deyirlər ki, bu insan hüquqları məsələsi, elə mühakimələr, qadın hüquqları və İslam Repsublikasının əleyhinə Amerika və sionist mediasında deyilən sözlərin hamısı sözdür. Biz özümüz bilirdik ki, bu sözdür, amma indi onlar da bunu etiraf edirlər.
Onların problemi başqa yerdədir, dərdləri başqa yerdəndir. Onlar deyirlər ki, siz nə üçün İsraillə razılaşmırsınız və digərləri kimi Fələstin xalqının qətli hökmünü imzalamırsınız. Sözləri budur. Mən həmişə bu məsələni hamıya deyirdim. İndi onların özləri etiraf edir və bizə deyirlər ki, Amerikanın təzyiqləri, iqtisadi blokada, Amerikanın qanunverici və icraçı qurumlarının bəzi ünsurlərinin İslam Respublikası əleyhinə ədavətli və rəzil təbliğatının hamısı İsrail məsələsinə bağlıdır. Deyirlər ki, siz nə üçün Orta Şərq sülhünü qəbul etmirsiniz; nə üçün deyirsiniz ki, bu sülh deyil, canavar və siçanın barışığıdır; nə üçün bu sazişi imzalamağa gəlmirsiniz? Onlar bizdən fələstinlilərin qətlinin hökmünü istəyirlər. Məsələ bundan ibarətdir.
Dostları ilə paylaş: |