Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Sionizmin əksər xəbər agentliklərinə hakim olması



Yüklə 1,24 Mb.
səhifə13/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   9   10   11   12   13   14   15   16   ...   81

Sionizmin əksər xəbər agentliklərinə hakim olması


Düşmənin təbliğatı və bu təbliğatın əsas hissəsi sionistlərin əlindədir. Dünyada mövcud olan məşhur xəbər agentliklərinin əksəriyyəti sionistlərə məxsusdur. Dünyanın bəzi məşhur radioları da onlarınkıdır. Sionistlər də bu regionda hegemonluğun zəncirli iti kimi əməl edirlər; hürmək, ayaqdan tutmaq, ona-buna sarı atılmaq sionistlərin işidir. Onlardan bundan başqasını gözləmək də olmaz. Əlbəttə, heç kim də onlara əhəmiyyət vermir. Amma əgər insan bunların müxtəlif dövrlərdəki təbliğat vəziyyətinə baxsa, maraqlı məsələlər hiss edər.

Sionizmin əksər beynəlxalq güc mərkəzlərinə, maliyyə və iqtisadi mərkəzlərə hakim olması


Biz bu gün bütün güclülər dünyasında böyük bir düşmən cəbhəsi ilə qarşı-qarşıya dayanmışıq. Bu, beynəlxalq güc mərkəzlərində, maliyyə və iqtisadi mərkəzlərdə formalaşmış bir cəbhədir, çoxu da sionistlərin və böyük kapitalistlərin əlindədir. Bu cəbhə İslam quruluşu qarşısında bütün vasitələrdən istifadə edir və daxildə də təəssüf ki, bəzi şəxslər bunlara cavab verirlər; bəzi şəxslər onların etimad göstərdiyi tərəf olurlar, onların sözünü təkrarlayırlar, İslam Respublikası quruluşuna zərbə vura bilmək üçün onlara xidmət göstərirlər. Təəssüf ki, belə bir hal mövcuddur. Lakin onun qarşısında xalqın oyanışı, xalqın agahlığı, xalqın marağı, xalqın fəallığı, xalqın dindarlığı, xalqın quruluşun əsaslarına və təməllərinə sadiqliyi var. Bunlar İslam Respublikasında mövcud olan həqiqətlərdir və biz inkişaf etmişik. Biz bu uzun illər boyunca, Allaha şükür edirik ki, inkişaf etmişik.

Ərəb ölkələrinin sükutuna və sazişinə görə sionistlər tərəfindən "Böyük İsrail" məqsədinin elan olunması


Çoxlu ərəb ölkələrinin xəyanətkar sükutu və sazişi, hətta onların bəzisinin Fələstinin taleyinə qarşı laqeydlik bildirməsi və həssaslıq göstərməməsi vəziyyəti elə həddə çatdırıb ki, işğalçı sionist dövləti uzun il gizlətdikdən və hətta inkar etdikdən sonra indi yenidən Böyük İsrail iddiasını açıq şəkildə söyləyir, utanmadan və həyasızcasına İslam vətəninin yeni torpaqlarına qarşı mənfur işğal niyyətini təkrarlayır.

Bəzi ərəb padşahları və başçıları tanrıları olan Amerikanın diqqətini cəlb etməkdən ötrü hətta daim dəm vurduqları ərəb və milli irq maraqlarını da İsrailin qarşısında unudurlar və onun yerinə Amerikadan yardım almaqda İsraillə yarış meydanını daha da qızışdırırlar. Bu rüsvayçı damğanı ərəb xalqının alnından kim siləcək? Ərəb ölkələrində ayıq müsəlman gənclər satqınların bu xəyanətini bağışlayacaqlarmı?

Bu xəyanətkar rəhbərlərə görə, ərəb milliyyəti və birliyi yalnız Amerikanın İslam İranı və əsl Məhəmməd (s) İslamı qarşısında bəhrələnməsi üçün istifadə olunmalıdır. Hər şeyi əldən vermək hesabına - həm Allahın verdiyi təbii sərvlətləri, həm insan ucalığını, həm İslam inancını, həm öz millətinin hörmətini, dəyərini və şəxsiyyətini əldən vermək hesabına Amerikanın lütf və mərhəmətini istəyən yatmış vicdanlara və murdar ürəklərə ar olsun! Onlar Allahın nemətlərinə küfr etməklə, özlərini və xalqlarını süqut enişinə və ilahi əzaba düçar etmişlər: “(Ey Rəsulum!) Məgər Allahın nemətini küfrə dəyişənləri və ümmətini ölüm yurduna sövq edənləri görmürsənmi? Onlar cəhənnəmə daxil olacaqlar. Ora necə də pis sığınacaqdır!“

İşğalçı İsrail qarşısında göstərilən o şücaət və həyəcan necə oldu? Ərəb hökumət başçılarının öz xalqları ilə İsraillə mübarizəyə dair bağladıqları öhdəlik necə oldu? İsraillə ilk barışıq müqaviləsini imzalayan, özünün qara dünya həyatını və axirət taleyini fironla yanaşı edən ələ Allahın və onun saleh bəndələrinin lənəti olsun! Və həmin yolu davam etdirənlərə və etdirməkdə olanlara, xüsusən də məzlum Fələstin xalqına yalançı ümid verib onların bədbəxtliyi hesabına özləri üçün davamsız eyş-işrət quranlara saleh bəndələrin, mələklərin, peyğəmbərlərin və övliyaların nifrini olsun!


İsrailin mahiyyəti


İndi İslam dünyasının pərişan vəziyyəti və region ölkələrinin Amerikanın cilovsuz qüdrətindən günbəgün artan asılılığı işğalçı dövlətin ədavətli hücumu üçün münasib şərait yaratmışdır. O, İslam və müsəlmanların doğrudan da ən təhlükəli düşməni olan böyük şeytanın himayəsinə arxalanaraq gizlətməsinə heç zaman çox səy göstərmədiyi məqsədlərini aşkar şəkildə izləyir: sovet yəhudilərinin köçürülüməsi (bu, Qərbin keçmiş böyük gücə yardımlarının qiymətinin bir hissəsidir); Fələstini işğal edən amerikalı və avropalı sionistlərə xidmət göstərmək məqsədi ilə Efiopiya və son zamanlar Hindistan yəhudilərini köçürmək; Fələstinin sonuncu dəfə işğal olunmuş hissələrində və hətta güman ki, Livanın işğal olunmuş hissələrində qəsəbələr salmaq; hərbi imkanları və kütləvi qırğın silahlarını artırmaq (halbuki Amerika belə silahların Orta Şərqə ixracına dair embarqo ajiotajı yaratmışdır); Livanın cənubuna gündəlik və ardıcıl hava hücumları, Fələstin və Livanın dinc sakinlərinin bombalanması; Fələstinin ərəb əhalisinə - yəni o torpaqların sahiblərinə qarşı güclü təzyiqlər, xalqa qarşı ən cinayətkar və ən vəhşi polis rəftarları, eyni zamanda siyasi səhnədə ərəb dövlətlərinin günbəgün geri çəkilməsi, bəzi ərəb siyasətçilərinin rəzilliklə zəiflik göstərmələri qarşısında hücumçu siması göstərmək və hətta hər birinin beynəlxalq, yaxud regional konfrans fikrini bir növ rədd etmək və nəhayət Fələstin torpaqlarının bir küncündə Fələstin dövləti qurmağa dair fələstinli tərəflərin geri çəkilməsinin və xarlığı qəbul etməsinin məhsulu olan təklifini açıq şəkildə və qətiyyətlə rədd etmək. Bunlar sionistlərin antiinsan siyasətlərinin və aşkar əməllərinin məcmusudur. Və şübhəsiz, bunların kənarında təxribat, terror, insan oğurlamaq, psixoloji müharibə, zəhərli təbliğat, eləcə də yalnız sionistlərin və onların həmkarlarının əlindən gələn və onlardan gözlənilən tanınan və tanınmaz cinayətlər baş verir.

İşğalçı sionizm rejimi - terrorçu dövlətin ən aydın nümunəsi


İşi “dövlət terrorizmi” adlandırılan terrorçu dövlət də vardır. Bu gün terrorçu dövlətin ən aydın nümunəsi işğalçı sionizm rejimidir. Əslində İngiltərənin mənfur əlinin antiislam, antixalq və antişərq siyasətinin müsəlman Fələstin ölkəsində sionistlərə hakimiyyət verdiyi gündən - yəni miladi tarixi ilə 1948-dən və ondan öncədən dövlət terrorizmi də formalaşdı və terrora başladı. Sionistlər işlərini terrorla inkişaf etdirdilər və etdirirlər. Misal üçün, Deyr-Yasindəki qətliam terrorizmin nümunələrindəndir.

Bir kəndə hücum edib kişiləri, qadınları və uşaqları atəşə tutanda, yaxud kişiləri öldürüb, yalqız və köməksiz qadınları çöllərdə buraxıb “hara istəyirsiniz gedin” deyəndə və sonra bütün evləri odlayanda terrorizmin ən aşkar nümunələrindən biri baş verir.

İşğalçı İsrail dövləti yarandığı zamandan bu günə qədər, başqa sözlə desək, bu xərçəng vəzisinin İslamın bədənində peyda olduğu təxminən bütün yarım əsr boyunca həmişə işini terrorla görmüş və dövlət terrorizminin kamil nümunəsi olmuşdur. Yəqin eşitmisiniz ki, bu yaxınlarda bu işğalçı dövlət gecə hücumu təşkil edib komandos və silahla birgə Livana bir neçə helikopter və təyyarə göndərdi ki, bir kəndi mühasirəyə alıb bir kişini evindən oğurlasınlar və türməyə aparsınlar. Bundan aşkar dövlət terrorizmi varmı?!

Maraqlı burasıdır ki, bir müddət öncə dünyanın yeddi sənaye ölkəsinin başçıları oturub saqqallarını yellətdilər və terrorizmə dair danışdılar. Siz bilmirsiniz bu gün terrorizmin nümayəndəsi kimdir?! Sizin insafınız yoxdurmu? Siz dünyanın ümumi rəyini bir az da nəzərə alırsınızmı?! Siz insan hüquqlarına bu qədər iddialısınızsa, insanları ağıllı və düşüncəli bilirsinizmi?! Bu gün dövlət terrorizminin və terrorçu dövlətin dünyada nümunəsi kimdir? Hər gün Livana hücum edib qətllər törədən və insanlar oğurlayan dövlət kimdir? Əvvəldən dövləti terror əsasında, qorxu yaratmaq, öldürmək və qətliam əsasında vücuda gələn kimdir? İsrail dövlətindən başqa bu xüsusiyyətlərə malik olan başqa bir dövlət varmı? Dövlət terrorizmi axtarırsınız? Buyurun, İsrail! Nə üçün bu dövlətin terrorist hərəkətləri qarşısında sakit qalır və hətta onu müdafiə edirsiniz? Nə üçün yalan danışırsınız? İşğalçı İsrail dövləti qlobal bir bəladır.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin