Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


Düşmənin müsəlmanların qafiliyyindən sui-istifadə etməsi



Yüklə 1,24 Mb.
səhifə15/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   11   12   13   14   15   16   17   18   ...   81

Düşmənin müsəlmanların qafiliyyindən sui-istifadə etməsi


İslam xalqı oyanmalı və bu vəzifəni unutmamalıdır. Allahın düşməni müsəlmanların qafilliyinədn sui-istifadə etdi. İşin əvvəlində bir neçə yüz min sionistin, sonra da bu günədək dünyanın müxtəlif yerlərindən təmin etdikləri ilə birgə bir-iki milyonun məgər nə qədər gücü var?! Əgər İslam ölkələrinin başçıları ayıq olsaydılar, əgər İslam xalqları ayıq olsaydılar, məgər Amerikanın köməkləri İsraili xilas edə bilərdi?! Əsla. Müsəlmanlar qəflət içində qalırlar və düşmən varlığını aşkara çıxara bilir. Düşmən çox da güclü deyil, biz öz gücümüzdən xəbərsizik.

İslam dövlətlərinin geri çəkilməsi - hegemonluğun cəsarətlənməsinin səbəbi


İslam dövlətlərinin Fələstin məsələsində hegemonluğun qarşısından geri çəkilməsinin onları qane edəcəyini düşünmək böyük səhvdir. Görürsünüz ki, bu güzəştə getmələr və geri çəkilmələr Amerika Birləşmiş Ştatlarının imperialist hökuməti üçün Orta Şərq məsələsini xam bir arzu formasına salmışdır. Onlar elə Orta Şərq istəyirlər ki, bütövlüklə və tam şəkildə onların əlində olsun. Bu gün belə bir şey yoxdur. İslam dövlətlərinin süqutu və onların siyasi və beynəlxalq sahədə geri çəkilməsi düşməni günbəgün cürətləndirir.

İslam ümməti bu gün dünyada inkarolunmaz bir həqiqətdir. Müsəlman xalqların ürəyi hegemonçu və işğalçı beynəlxalq qüvvələrə qarşı nifrətlə doludur. Bu xalqların hamısı imkan tapan kimi Fələstin xalqının arxasında dayanacaqlar.

Bunu da hamımız bilməli və anlamalıyıq ki, imperialist qüvvələrin qarşısında geri çəkilmək onları daha da cürətləndirir, müqavimət isə onların uğursuzluğu ilə nəticələnir. Dünyanın böyük güclərinin qüdrəti sarsılmaz və tükənməz qüdrət deyil.

Düşmənin zəif nöqtəsi: onun şiddət göstərdiyi nötqə


Bunu da deyim: düşmənin şiddət göstərdiyini duyduğunuz yer onun zərər gördüyü yerdir. Bu günlər sionistlər tərəfindən məzlum Fələstin müsəlmanlarına göstərilən təzyiqin mənası odur ki, hegemonluq işğal olunmuş müqəddəs Fələstin torpaqlarında ciddi şəkildə təhdid olunur. Əgər təhdid ciddi olmasaydı, təzyiq bu qədər çox olmazdı. Bu günlər işğalçı sionizm dövləti gündəlik olaraq işğal olunmuş torpaqlarda xalqa hücum edir. Hətta eşitmişəm ki, qadınlara hücum edib onların bəzilərini vurmuş, yaralamış, camaatın böyük bir hissəsini özünün hərbçi və polis muzdurları vasitəsi ilə yaralamışdır. Nə qədər insanları tutub öz həbsxanalarında saxlayır, işgəncə verir və son dərəcə təzyiq altında saxlayırlar. Amma müqəddəs şölə işğal olunmuş torpaqlarda günbəgün daha da artır.

Düşmənin fəndi: zehinləri Fələstindən ayırıb ikinci dərəcəli və yalançı məsələlərə yönəltmək


İslam dünyası, xüsusən də ərəb dünyası bu günün özündə diqqət yetirməlidir ki, düşmənin fəndi bu gün onları İslam, xüsusən də ərəb dünyasının əsas problemi olan bu mühüm məsələdən daşındırmaq, zehinləri ikinci dərəcəli və yalançı məsələlərə yönəltməkdir. Onlar bununla öz işlərini görməyə çalışırlar və sözsüz ki, bunu bacarmayacaqlar. Bunlar da əgər göz yumsalar, özləri üçün ziyandan başqa bir şey hasil olmayacaq. Göz yumanlar rüsvay olacaqlar, məsələ isə öz möhkəmliyində qalacaq. Şübhəsiz, bir gün Fələstin xalqı Fələstin torpaqlarını öz haqq hakimiyyətləri altına salacaqlar. Bunda heç bir şübhə yoxdur.

Tarixin ehtiyatlarına və həyatın sərgüzəştinə - tarix hadisələr məcmusundan ibarətdir - diqqət yetirməmək bu nəticələrə gətirib çıxarır. Tarixə və keşmiş hadisələrə, xüsusən də bizə yaxın hadisələrə həmişə diqqət yetirmək lazımdır.


Dəlilsizliklə və terror törətməklə qüdrətin tənəzzülü


Bir quruluş və bir siyasi rejim üçün həqiqi zəiflik və qüdrətin tənəzzülü o zaman başlayır ki, bu rejim və bu quruluş öz işləri üçün özünün siyasi və qaneedici dəlilini əldən verir. Bir rejim özünün siyasi haqlılığını əldən verdikdə, öz varlığı və işləri üçün əsaslandırması əlindən xaric olduqda, o zaman öz mənəvi gücünü əldən vermiş və onun süqutu başlanmışdır; zahirdə bir şey anlamasa və onun özü başa düşməsə də. Bunlar qüdrət və ehtirasa o qədər məst olublar ki, dünyada siyasi haqlılıqlarını itirmələrini və dəlillərinin zəfiliyinin onlara nə etdiyini anlamırlar.

Sionist cinayətkarı - yəni Şaronu təbrik edirlər ki, sən Əhməd Yasini oldürdün, yaxud Şəhid Rantisiyə terror etdin. Bu iş üçün dəlilin nədir? Budur ki, İsrail dövləti özünü müdafiə edir. Maraqlıdır! Məgər dünya diktatorlarının öz xalqlarını və müxaliflərini yatırtmaqda, tar-mar etməkdə və işgəncə verməkdə məntiqləri başqa bir şeydir?! Dünyanın diktatorluqla məşhur olan mənfur və xəbis siyasi simalarının hamıs öz müxaliflərini həmin məntiqlə tar-mar etmişlər; deyirlər ki, biz öz varlığımızı müdafiə edirik. O deyir ki, İsrail öz varlığını müdaifə edir. Şeyx Əhməd Yasin - əlil arabasında oturmuş iflic qoca kişi məgər danışmaqdan və düşünməqdən başqa bir iş görə bilirdi?! Siz axı deyirsiniz biz söz və fikir azadlığı ilə müvafiqik! Onu vurub şəhid edirlər və o təbrik edir. Görün rüsvayçılıq hansı həddədir! Dünya bunu qəbul etdimi? Əsla. Qərblilərin özləri və ictimai rəy də bunu qəbul etmədi. Bu, siyasi haqlılığın əldən çıxması deməkdir. Yəni bunların daha məntiqi yoxdur və dedikləri dünyanın insaflı düşüncələri tərəfindən qəbul olunmur.


Sionistlərin riyakar sülh çağırışları


25 ildir İran xalqı İsrail əleyhinə şüar verir. İran xalqı dəfələrlə öz şüarında deyib ki, sionistlərin riyakar sülh çağırışlarına güvənməyin. Bu gün bütün ərəb və İslam dünyası öz qarşılarında Fələstinin faciəli səhnəsini görürlər. Bu gün işğalçı sionist dövlətinin başçıları ərəb ölkələri və Fələstin tərəfləri ilə razılaşdıqları bütün qərar və müqavilələri ayaq altında tapdamışlar. Onlar heç kimə, heç bir beynəlxalq öhdəliyə etina etmirlər. Digər xalqlar İran xalqının sözünün doğruluğunu anlayırlar.

Sülh istəməkdə İsrailin yalançılığı


Fələstinlilərdən kim ayağını müqavimət yolundan kənara qoydusa, zərər gördü. İsrail sülh istəməkdə səmimi deyil. Əgər səmimi olsaydı da, qələt edərdi və onun buna haqqı çatmazdı. Amma səmimi də deyil. Müzakirəyə qoşulan şəxslər düşmənin zorla yeritdiklərini qəbul etməyə məcbur oldular. Əgər ayaqlarını düşmənin dediyi yoldan bir an kənara qoydularsa, ya sıradan çıxdılar, ya təhqir olundular. Siz hər ikisinin nümunələrini gördünüz; bəzilərini ixtisara saldılar, bəzilərini də təhqir edib azdırdılar. Qüdsün yolu, Fələstinin yolu, Fələstin məsələsinin qurtuluşu və Fələstin məsələsinin həlli yolu yalnız mübarizə yoludur. Cənablar bunu dedilər. Mən sevinirəm ki, sizin bu məsələdə yekdil olduğunuzu və hamının bunu qəbul etdiyini görürəm. Bu yolu qəbul etməyən bilərəkdən, yaxud bilmədən Fələstin məsələsinə zərbə vurur. Əgər bilərəkdən olsa, adı xəyanətdir; əgər bilmədən olsa, adı cəhalət və qəflətdir, amma hər halda, Fələstin məsələsinə zərbədir. Fələstin məsələsinə zərbə vururlar. Fələstinin müqavimətdən başqa heç bir yolu yoxdur. Bunu deməli və istəməlidirlər. İslam dövlətləri də bunu təkrar etməlidirlər.

Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin