Fələstİn İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında


İslam dövlətləri ilə münasibətdə sionizmin və Qərbin strategiyası



Yüklə 1,24 Mb.
səhifə17/81
tarix30.06.2018
ölçüsü1,24 Mb.
#55352
1   ...   13   14   15   16   17   18   19   20   ...   81

İslam dövlətləri ilə münasibətdə sionizmin və Qərbin strategiyası


Bir tərəfdə Qərbin və sionizmin, digər tərəfdə isə yeni təsis olunmuş ərəb dövlətlərinin durduğu bu uzun qarşıdurmada İslam düşmənləri mübarizə üçün müxtəlif və mürəkkəb vasitələrdən istifadə etdilər. Onlardan biri də təbliğat vasitələri və beynəlxalq təşkilatlar idi. Onlar bir tərəfdən müsəlmanları dözümə, təmkinə, sülh danışıqlarına və barışığa dəvət edir, digər tərəfdən də İsraili silahlandırırdılar. Onların müsəlman ölkələri ilə İsrail arasında qeyri-bərabər və ayrıseçkili münasibətinin strateji məqsədləri bu idi ki, İsrailin müsəlman ölkələrindən hərbi üstünlüyünü daim qorusunlar, beynəlxalq qurumlarda o rejimi müdafiə etsinlər, öz nüfuzları altında olan media qurumlarını işlətməklə İsrailin cinayətlərini düzgün göstərsinlər və müsəlmanların arasında təbliğat aparsınlar ki, İsrail üzərində qələbə fikri xam xəyaldan başqa bir şey deyil.

İsrailin hərbi heybətini qırmaq


İsrail rejimi rəsmən Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsdiq olunduğu dövrdən - yəni yarım əsrdən artıq öncədən ötən ilə qədər yekəxanalıq edirdi. Heç bir şey və heç kim onun qarşısını ala bilmirdi. Lakin imanla silahlanmış bir neçə min silahlı gəncdən ibarət olan Livan İslam Müqaviməti bu rejimin və onun himayədarlarının yuxusunu pərişan etdi. Bu əziz gənclər İsrailə heç bir imtiyaz vermədən o işğalçı rejimi rəzil halda Livanın cənubundan xaric etdilər. Bu əzizlərin qələbəsi digər müsəlman mübarizlərin yoluna işıq saçdı və bu gün Livan İslam Müqaviməti tipindən olan irimiqyaslı Əqsa məscidi intifazəsinin şahidiyik.

İsrailin məqsədi - bütün İslam dünyasına hakim olmaq


Bu gün artıq tam aydın olmuşdur ki, Fələstin məsələsinin bir dövrə və İslam dünyasının kiçik və məhdud bir hissəsinə aid olduğunu güman edənlər çox səhv etmişlər. Sionizm rejiminin topxanlarında saxlanılan nüvə və kütləvi qırğın silahlarının nəhəng ehtiyatları müdafiəsiz Fələstin xalqı ilə vuruşmaq üçün deyil, İslam dünyasına, xüsusən də Orta Şərq regionuna hökmranlığı bərqərar etmək üçündür. Hizbullahın işğal olunmuş torpaqların azadlığı üçün çalışması və İsrailin əvəz çıxmaq üçün Suriya qüvvələrinə hücum etməsi İsrailin və onun qərbli himayədarlarının belə şeytan niyyətinin bariz əlamətidir.

İsrail rejiminin daxildən çürüməsi


Möhtərəm tədbir iştirakçıları! Əmin olun ki, İsrail rejimi daxildən çürümüşdür və indiki nəsil onu qorumaq üçün fədakarlığa əsla hazır deyil.

Allaha həmd olsun ki, ərəb və müsəlman xalqlar bu gün son 50 ildəki hər bir vaxtdan daha artıq güclənmişlər. Onlar müxtəlif sahələrdə qüdrətli olmuşlar.



Müsəlmanlar daha Fələstin xalqının gündəlik boğulmasının şahidi olub sakit otura bilməzlər. İsrailə başa salmalısınız ki, Fələstin xalqının və fələstinlilər yaşayan bölgələrin əzilməsi bütün ərəblərin və müsəlmanların kəskin, ciddi və əməli reaksiyası ilə qarşılaşacaq.

Fələstin məsələsinin İsrail üçün qlobal əhəmiyyəti


O işğalçı, yalançı və qondarma dövlət üçün Fələstin məsələsi daxili bir məsələ deyil, qlobal və əsaslı bir məsələdir. Əhəmiyyəti olan budur ki, yeni fələstinli nəsil həqiqəti dərk etmişdir. Hansı həqiqəti? Bu həqiqəti ki, əgər onun zorla məruz qaldığı bu zəbunluğa, xarlığa, təhqirə və təzyiqə qalib olmaq istəyirsə, yolu mübarizədir. Bunun yolu müzakirə edənlərin də bir şeyə nail olmadığı müzakirə stolu arxasına keçmək deyil.

İsrailin bütün region üçün təhlükəsi


Təhlükəsizlik baxımından İsrail məsələsi təkcə öz xalqına yox, bütün regiona təhlükədir. Çünki indi bunların atom topxanaları var və yenə də istehsal edirlər. Birləşmiş Millətlər Təşkilatı da bir neçə dəfə xəbərdarlıq edib, lakin etina etməmişlər. Əlbəttə, əsas səbəbi də Amerikanın himayəsinə görədir. Yəni sionistlərin və işğalçı dövlətin işlərinin günahı böyük həddə Amerika rejiminin boynuna düşür.

İsrailin bütün region üçün iqtisadi təhlükəsi


İqtisadi baxımdan da İsrail region üçün təhlükədir. Bir müddətdir Fələstinə hakim olan sionistlər Yeni Orta Şərq nəzəriyyəsi adlı bir şeyi irəli sürüblər. Yeni Orta Şərq nə demədir? Yən İsrailin mərkəzliyi ilə Orta Şərq formalaşsın, İsrail tədricən ərəb və region ölkələrinə və Fars körfəzindəki neft zonalarına iqtisadi hökmranlıq qazansın. Bu, israillilərin məqsədidir. Bəzi dövlətlər xəbərsizdirlər. Onlara etiraz olunanda deyirlər ki, biz əlaqə qurmamışıq, biz tacirlərinə icazə vermişik ki, gəlsinlər. Təsadüfən onlar da bunu istəyirlər. Onlar istəyirlər ki, İsrail Amerikanın himayəsi və özlərinin təhlükəli topxanalarının dəstəyi ilə bəzi dövlətlərin xəbərsizliyindən və zəifliyindən istifadə edib oraya daxil olsunlar, iqtisadi mərkəzləri və maliyyə mənbələrini ələ keçirsinlər. Bu, region üçün çox böyük təhlükədir. Bütün təhlükələrdən daha böyüyü budur. Allah o günü göstərməsin və göstərməyəcək. Müsəlman xalqlar belə bir işin baş verməsinə icazə verməyəcəklər. Amma onların planı budur ki, iqtisadiyyata arxalanmaqla bu ölkələrdə bütün güc mərkəzlərini ələ keçirsinlər. Buna əsasən, İslam baxımından, insani baxımdan, iqtisadi baxımdan, təhlükəsizlik baxımından, siyasi baxımdan bu gün İsrailin varlığı region xalqları və ölkələri üçün böyük bir təhlükədir.

Düşmənlərin hiyləsi: müsəlmanların birlik amilini ixtilaf amilinə çevirmək


Bu gün İslam dünyasının ən böyük müsibətlərindən biri budur ki, İslam düşmənləri müsəlmanların birlik amilini - yəni düşmənin varlığını, işğalçı sionistlərin varlığını onların ixtilaf amilinə çevirmişlər. Elə ediblər ki, bəzi müsəlman hökumətlər bunu öz qardaşlarının qarşısında dayanmaq və həqiqətən ixtilafın vücuda gəlməsi üçün vasitə edirlər. Halbuki İslam ölkələrinin ürəyində belə bir düşmənin olması müsəlmanları bir-birinə yaxınlaşdırmalı, vahid cəbhə yaratmalı və vahid əl vücuda gətirməlidir. Bu günah da hegemonluğun müdaxiləsinə və işə qarışmasına qayıdır.

Sionistlərlə yəhudilərin fərqi


Əsil-nəsəbsiz dövlət, qondarma dövlət, yalançı dövlət! Dünyanın hər tərəfindən quldur adamları toplayıb İsrail adlı bir amalqama düzəltmişlər.

Bu xalqdır? Harada quldur və xəbis yəhudilər vardısa, oraya toplaşdılar. Əksər ölkələrdə yəhudilər var və yaşayırlar. Bizim ölkəmizdə də var və həyatlarını sürürlər. Heç kimlə işləri yoxdur, heç kimin də onlarla işi yoxdur; ölkələridir və orada yaşayırlar. İşğal olunmuş torpaqlara gedənlər isə dünyanın hər yerindən toplanmış xəbislər, quldurlar, tamahkarlar, oğrular və qatillər idilər. Bu oldu bir xalq?

Bu şəkildə vücuda gəlmiş və adını İsrail qoymuş bir dövlətin və xalqın terrordan başqa bir yolu yoxdur, məntiqli sözü yoxdur. Bu əskik, alçaq və çirkli varlıqlar İran kimi nurlu, başıuca və əziz xalqı və dövləti dünyanın ümumi rəyi qarşısında ittiham etmək istəyirlər. Onların özü hamıdan daha müttəhim, cinayətkar və təqsirlidirlər.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin